14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Azərbaycanın işğal altında olan 6 kəndi ilə bağlı qərar verilib
Tarix: 23-08-2021 11:56 | Bölmə: Slayd
Azərbaycanın işğal altında olan 6 kəndi ilə bağlı qərar verilib

Ermənistanın Tavuş bölgəsinin qubernatoru Aik Qalumyan, əhalinin təhlükəli bölgələrdən çıxarılması planının hazırlanması haqqında qərar imzalayıb.

Reyting.az
xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Tavuş bölgəsinin Azərbaycanın Qazax bölgəsi ilə həmsərhəd olduğu, həmçinin Qazaxın işğal altında olan 6 kəndinə məhz Tavuş bölgə qubernatorluğunun nəzarət etdiyi nəzərə alınaraq imzalanan planda deyilir:

- Tavuşun təhlükəli bölgələrindən əhalinin təxliyəsi planı,

- Sərhəd zonasından evakuasiya edilən əhalinin yaş qruplarına görə sayılması,

- Qəbul sahələrinə görə təxliyə edilən əhalinin yerini hesablamaq,

- Təsirə məruz qalan əhalinin ərzaq ehtiyatının hesablanması,

- Yaş qrupuna görə təsirlənmiş əhalinin ərzaq təminatının hesablanması,

- Təsirə məruz qalan əhalinin əsas ehtiyaclarla təmin olunmasının hesablanması,

- Təsirə məruz qalan əhalinin zəruri geyim və zəruri əşyalarla təmin edilməsinin hesablanması,

- Tavuş bölgəsi mülki müdafiə idarəsinin siqnal sxemi,

- Tibbi dəstək qüvvələrinin hesablanması,

- Tavuş bölgəsi əhalisinin hesablanması,

- Tavuş bölgəsinin evakuasiya edilmiş əhalisi üçün ərzaq tədarükünün hesablanması,

- Tavuş bölgəsinin ev sahibi yaşayış məntəqələrinin və qəbul mərkəzlərinin siyahısı,

- Tavuş bölgəsində müvəqqəti və uzunmüddətli yaşayış məntəqələrinin siyahısı,

- Tavuş bölgəsində uzunmüddətli yaşayış yerlərinin siyahısı,

- 10 km sərhəd zonasından əhalinin uzunmüddətli təxliyəsinin hesablanması.

Qeyd edək ki, hazırda Azərbaycan Qazax rayonu istiqamətində işğal olunan tarixi kəndlərinin qaytarılmasını tələb edir. Sərhədlərin delimitasiya və demorkasiya prosesi zamanı İrəvan bu kəndləri Bakıya qaytarmalı olacaq.

Tavuş bölgə qubernatorunun son qərarı iki məqsədlə ortaya çıxa bilər: ya delimitasiya prosesi zamanı bu kəndlərin Azərbaycana qaytarılacağını nəhayət ki, dərk ediblər, ya da yeni təxribat planına hazırlıq məqsədi daşıyır.




Bölməyə aid digər xəbərlər