14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Elçin Şıxlı: “Rusiya silah və kreditin əvəzinə Ermənistanı “özəlləşdirir”
Tarix: 23-08-2021 14:50 | Bölmə: Slayd
Elçin Şıxlı: “Rusiya silah və kreditin əvəzinə Ermənistanı “özəlləşdirir”

“Rusiyanın Ermənistanı silahlandırmasına təbii yanaşmaq lazımdır. Rusiyanın Ermənistana dəstək verməsi, silah göndərməsinə inanmayanlar ya sadəlöhv ya dünyadan başı çıxmayanlar ya da riyakarlardır. Rusiyanın Cənubi Qafqazda mövcudluğunu saxlaması üçün Türkiyənin yanında olması strateji maraqlarından biridir. Əgər Ermənistan ilə Azərbaycan arasında konflikt qalmasa, hər ikisi Rusiyaya ehtiyac duymayacaq. Gürcüstan isə artıq çoxdandır Rusiyanı tanımır. Rusların burada olması bizim cəmiyyətin də ürəyincə deyil. Ermənilər isə daima kiminsə gölgəsinə sığınıb. Hazırda sığındıqları Rusiyadır”.

Bu sözləri Reyting.az-a siyasi şərhçi Elçin Şıxlı deyib.

Elçin Şıxlı qeyd edib ki, Ermənistan periodik hallarda ABŞ və Fransadakı diasporunun təsiri altında Qərbə meyllənib: “Amma indi nə ABŞ, nə də Fransa ermənilərə silah verəsi deyil. Buna baxmayaraq Avropa Birliyi Ermənistana 2 milyarda qədər maliyyə ayırıb. Moskva da silah tədarük edir. Rusiya rəsmiləri də utanmadan deyirlər ki, kimə istəsək silah satarıq. Halbuki onlar heç vaxt Ermənistana silah satmayıblar. Guya kredit ayırıblar və bunun da əvəzinə silah veriblər. Özləri də bilirlər ki, Ermənistan krediti bunlara ödəyə bilməyəcək. Bunun əvəzində Ermənistanı “özəlləşdirirlər”.

Ermənilər adam kimi bizimlə sərhədlərin delimitasiya və demarkasiyasını aparsaydılar, rus sərhədçilər gəlib sərhəddə yerləşməzdilər. Ermənilər düşünürlər ki, bununla bizə pislik, özlərinə yaxşılıq edirlər. Amma sabah bu addımları ilə öz ölkələrinə ən pisini edəcəklər. Çünki rus yerləşdiyi yerdən tərpənmir”.

E. Şıxlı düşünür ki, Əfqanıstanda baş verənlər və “Taliban”ın Orta Asiyanı qarışdırması Moskvanın diqqətini başqa səmtə çevirə bilər: “Bu maraqlı və gözlənilməz məqamdır. “Taliban” Əfqanıstanı ələ keçirdikdən sonra Orta Asiya ölkələrinə sirayət etməyə çalışacaq. Bu da Rusiya üçün faciədir. Orada “Taliban”a müqavimət göstərə biləcək etnik kimi özbəklər və taciklərdir. Bu məsələ orada qalxsa, Rusiyanın diqqəti özünün mövcudluğuna qarşı olan təhlükənin qarşısını almağa yönələcək”.

Siyasi şərhçinin fikrincə, “Taliban”ın Əfqanıstanı sürətlə ələ keçirməsi göstərir ki, Orta Asiyada da belə qruplar var: “Marığa yatan “Taliban” qrupları Orta Asiyada da mövcuddur. Bu təhlükə Rusiyanın daxilinə də keçə bilər. Əlbəttə, bu, arzuedilən deyil”.




Bölməyə aid digər xəbərlər