14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Əfqanıstan beş ölkənin nüfuz dairəsinə düşəcək - Deputat
Tarix: 23-08-2021 15:18 | Bölmə: Slayd
Əfqanıstan beş ölkənin nüfuz dairəsinə düşəcək

“ABŞ və Qərb ölkələri Əfqanıstandan çıxdığı üçün şərtlər müəyyən dərəcədə dəyişib. Böyük ehtimalla bundan sonra Əfqanıstanda nüfuz sahibləri Pakistan, Çin, ola bilsin ki, hansısa şəkildə Türkiyə və Rusiya olacaq. Eləcədə həmsərhəd ölkə kimi İran”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R. Musabəyov xatırladıb ki, buna qədər Avropa Birliyi Əfqanıstana bir milyard dollarlıq yardım vəd versə də, indi bundan imtina edir:

“Əfqanıstan Mərkəzi Bankının 10 milyard dollara qədər aktivləri var idi. Bunlar da dondurulub. Böyük ehtimalla banklar arasında olan beynəlxalq pulköçürmə proqramından da Əfqanıstanı təcrid edəcəklər. Belə olan halda həmsərhəd ölkələr kimi Çin, Pakistan və İranın burada təsiri artacaq. Bir daha qeyd edirəm ki, Əfqanıstana təsir etmək üçün hansısa şəkildə ölkə üzərində Türkiyə və Rusiyanın müəyyən nüfuzu olacaq”.

Deputat düşünmür ki, Əfqanıstandan çıxmaqla ABŞ dünyada super güc olmadığını isbatlayıb:

“ABŞ-ı müəyyən dərəcədə Çin izləyir. Amma ABŞ-ın təsir dairələri və imkanları hələlik Çini qat-qat üstələyir.

ABŞ görür ki, 20 il ərzində Əfqanıstana 100 milyardlarla dollar xərcləsə də, Əfqanıstan cəmiyyət kimi dəyişmir. Oturub fikirləşdilər ki, yenidən pul xərcləməyə, əsgərlərini qurban verməyə dəyməz və buyurub Əfqanıstanla sərhəd dövlətləri bunun əncamını çəksinlər. Buna görə də ölkədən çıxdılar. Əlbəttə, bu, ABŞ-ın nüfuzuna xələl gətirir. Çünki digər ölkədə ABŞ-ın vədlərinə inanan hakimiyyət də anlayır ki, istənilən an Vaşinqton üz çevirib gedə bilər. Bu baxımdan Əfqanıstan məsələsi ABŞ-ın nüfuzuna ciddi zərbə vurdu”.

R. Musabəyov əlavə edib ki, artıq heç kəs ABŞ-ın çağırışına cavab verməyə meylli deyil, indi hər bir ölkə siyasətini özü müəyyənləşdirir.




Bölməyə aid digər xəbərlər