14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Qarabağdakı sülhməramlı missiya sülhü təmin edə bilmir - Professor
Tarix: 23-08-2021 16:27 | Bölmə: Slayd
Qarabağdakı sülhməramlı missiya sülhü təmin edə bilmir

“Sülhməramlıların əsas məqsədi münaqişədə olan tərəflər arasında yerləşərək sülhü təmin etməkdir. Yəni normalda sülhməramlı missiya körpü rolunu oynamalıdır. Bunu beynəlxalq hüquq və məntiq deyir”.

Bu fikirləri Reyting.az-a hüquq elmləri doktoru, professor Rüstəm Məmmədov bildirib.

Professorun fikrincə, noyabrın 9-da Azərbaycan ərazilərinə daxil olan rus sülhməramlılarının da işi ermənilərlə azərbaycanlılar arasında sülhü təmin etmək olmalıdır: “Ancaq təəssüflə qeyd etməliyəm ki, onlar sülhü təmin edə bilmirlər. Çünki öz missiyalarına aid olan ərazilərdən bizim istiqamətdə erməni təxribatlarının şahidi oluruq. Əlbəttə, bu, qəbuledilməzdir”.

R. Məmmədov xatırladıb ki, sülhməramlı missiya ümumi qəbul edilən prinsipdir, onun statusu BMT qərarı ilə müəyyən olunur: “Aydındır ki, burada tərəflər BMT qarşısında sülhməramlıların statusu ilə bağlı məsələ qaldırmır. Əksinə, tərəflərin razılığı ilə sülhməramlı missiya yaradılır və münaqişə tərəfləri arasında yerləşdirilir. Bunun da zamanı var”.

Professor hesab edir ki, əslində tərəflərdən biri israr etsə, slhməramlı missiyanı ərazidən çıxarmaq mümkündür: “Burada yalnız tərəflərdən biri öz ərazi süverenliyinə istinad etməli və tələb ortaya qoymalıdır. Amma biz bilirik ki, indiki halda bizim ərazimizdəki sülhməramlı missiya Rusiyaya məxsudur. Rusiya kimi ölkəyə qarşı belə bir aksiya münasibətləri pisləşdirə bilər. Odur ki, daha münasib və bizə ziyan gətirməyəcək yollar seçilməlidir. Çünki ruslar belə addımları savaş kimi qəbul edirlər. Ancaq bu o demək deyil ki, Qarabağdakılar Rusiya sülhməramlı missiyası olduğu üçün vəziyyətdən sui-istifadə etməlidirlər. Hesab edirəm ki, fəaliyyətlərindən kənarda çıxdıqları zamanı konkret narazılığımızı ifadə etməliyik”.

Reyting.az




Bölməyə aid digər xəbərlər