14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Abituriyentlərə haqsızlıq: bal toplayan 4 minə yaxın gənc ali məktəbə qəbul ola bilməyəcək
Tarix: 24-08-2021 10:56 | Bölmə: Slayd
Abituriyentlərə haqsızlıq: bal toplayan 4 minə yaxın gənc ali məktəbə qəbul ola bilməyəcək

“Artıq 4 ildən çoxdur ki, ali məktəblərə qəbul imtahanlarından sonra III ixtisas qrupu abituriyentlərinə ciddi haqsızlıq edilir. Düzdür, 2022-ci ildə bu problemin həllinə nail olacağıq, amma bu il üçün əməli tədbir görülməlidir”.

Reyting.az
xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. K. Əsədov bildirib ki, bu il üçüncü qrup üzrə təklif edilən yerlərin sayı abituriyentlərin sayından aşağıdır:

“Belə ki, 16 min 567 abituriyent 12 min 853 yer üçün mübarizə aparır. Ayrılan yerlərin sayı az olduğundan 4 minə yaxın abituriyent ali məktəbə qəbul ola bilməyəcək.

İkinci qrupa isə 13 min 642 yer üzrə cəmi 8 min abituriyent mübarizə aparır. Bu qrupda 5 mindən çox plan yeri boş qalacaq”.

Ekspertin sözlərinə görə, Təhsil Nazirliyi yaz və payız sessiyasından sonra tələbələrin köçürülməsi zamanı III qrup abituriyentlərinə II qrupu seçmək imkanı verir: “Deməli, indi də 3-cü qrup üzrə ali məktəblərə qəbul ola bilməyən abituriyentlərə II qrup üzrə ixtisasları 2-ci turda, boş qalan plan yerlərinə seçmək imkanı verilməlidir”.

K. Əsədov qeyd edib ki, bu, həm tələbələrin xaricdə təhsil almasının qarşısını almaq, həm də universitetlərin iqtisadi vəziyyəti üçün vacibdir:

“II qrup üzrə azı 5 min yer boş qalacaq. Bu da azı 12.500.000 manat vəsait itkisidir. Bu itki isə universitetlərin iqtisadi inkişafına mane olur”.

Reyting.az




Bölməyə aid digər xəbərlər