14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Əli Həsənov təhdid olunur - Aidiyyatı qurumlar məlumatlandırılıb - Foto
Tarix: 24-08-2021 17:16 | Bölmə: Slayd
Əli Həsənov təhdid olunur - Aidiyyatı qurumlar məlumatlandırılıb

Azərbaycan Respublikası Prezidentinin sabiq köməkçisi, Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənоv şantaj və tədidlə üzləşib.

Reyting.az
xəbər verir ki, bu barədə Əli Həsənov özü məlumat yayıb.

Əli Həsənov bildirib ki, ona qarşı təhdidlər dünəndən başlayıb:

“Mənim nə zamansa tualetdə gizli şəkildə çəkilmiş və böyür-başı müxtəlif erotik videolarla bəzədilmiş video-görüntülərimi yaymamaq üçün bəzi ünvanlardan ciddi şəkildə təhdid olunur, sifarişlər alıram. Bu haqda əvvəlcədən aidiyyatı qurumlara xəbər vermişəm”.

Ə. Həsənov onu təhdid edənlərdən birinin fotosunu da yayıb.

“Bu, bir şəbəkə mafiyasının işidir və lazımi anda öz cəzasını alacaqdır. Fotoda gördüyünüz Fikrət adlı səxs bu səbəkə mafiyasının üzvüdür”, - Ə. Həsənov qeyd edib.





Bölməyə aid digər xəbərlər