14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
YUNESKO nümayəndələri Qarabağa ona görə gəlmək istəmir ki... - Deputatın şərhi
Tarix: 25-08-2021 12:38 | Bölmə: Slayd
YUNESKO nümayəndələri Qarabağa ona görə gəlmək istəmir ki...

“Azərbaycan torpaqları işğal altında olduğu 30 il ərzində beynəlxalq təşkilatlardan ancaq ikili standartlar görmüşük. Onlar məsələyə ədalətsiz yanaşıblar. Adətən beynəlxalq qurumlar belə məsələlərdə tərəfsiz olmalıdırlar. Ancaq biz, 30 il ərzində bu tərəfsizliyi müşahidə etmədik.

Dünyanın ən böyük beynəlxalq təşkilatı olan BMT-ni götürək. Onların da ədalətini görmədik. Serj Sarksiyan kimi canini kürsüyə buraxdılar və o da dedi ki, xocalılar elə bildilər dinc insanlara əl qaldırmarıq. Ona, bu çıxışına görə əl çaldılar”.


Bu fikirləri Reyting.az-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Onun sözlərinə görə, işğalçıların Azərbaycan ərazilərini tərk etməsi üçün BMT 4 qətnamə qəbul etsə də, bunlar icra olunmadı: “Edə bilərdilər, amma etmədilər. Bunun özü BMT-nin bir neçə böyük dövlətin “çubuğu” ilə idarə olunması deyilmi? Həqiqət budur”.

Deputat bildirib ki, BMT və digər beynəlxalq qurumlar kimi YUNESKO da Qarabağ məsələsində ikili standartlardan çıxış edib: “30 il ərzində Azərbaycan tərəfi bu qurumu işğal altında olan ərazilərə dəvət etdi. Bildirdi ki, komissiya yaradın, gedin dağıntılara, vəhşiliklərə baxın, gözünüzlə görün və qərar qəbul edin. Axı, siz mədəni abidlərin, tarixi irsin qorunmasını müdafiə edirsiniz. Ancaq onlar 30 ildə bu əraziyə gəlmədilər.

Aydındır ki, YUNESKO ermənilərdən qorxmur, sadəcə, məsələyə ikili standartlarla yanaşır”.

E. Məmmədov qeyd edib ki, indi YUNESKO əraziyə gəlmək istəyir, ancaq ermənilər buna razı olmur: “Niyə razı deyillər? Çünki YUNESKO mütəxəssisləri gəlib erməni vəhşiliyini, viran qoyulan yerlərimizi, abidlərimizi gözləri ilə görəcəklər. Gördükdən sonra məcburdular ki, bunları sənədləşdirsinlər və qərar qəbul etsinlər. Ermənilər də bunun qarşısını almağa çalışırlar. Amma YUNESKO ermənidən asılı deyil, bu qurumu ermənilər idarə etmir ki... Sən müstəqil qurumsan və gəl erməni vəhşiliyini gör”.

Deputat xatırladıb ki, ötən gün Azərbaycanın dövlət başçısı BMT-nin yeni rezident əlaqələndiricisini qəbul edərkən bir sıra faktlar səsləndirib: “Əslində mənim yuxarıda qeyd etdiklərimi cənab Prezident qısa şəkildə açıqlayıb, həqiqəti deyib. Həmin görüşdə cənab Prezident maraqlı məqamlara toxundu.

Cənab Prezident Laçın və Kəlbəcərə səfəri zamanı fikir işlətdi. Dedi ki, bunu görmürlər? Sadəcə, görmək istəmirlər. Amma biz bunları onların gözünə soxacağıq. Gəlsinlər, görsünlər və erməni vəhşiliyinə qiymət versinlər. İkili standart artıq Azərbaycana keçməz”.

Reyting.az




Bölməyə aid digər xəbərlər