14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Türk ordusu Əfqanıstandan çıxır - Azərbaycan sülhməramlıları da
Tarix: 25-08-2021 21:18 | Bölmə: Slayd
Türk ordusu Əfqanıstandan çıxır - Azərbaycan sülhməramlıları da

“Taliban” xarici qoşunların çıxarılmasından sonra Kabil hava limanının idarə olunmasında Türkiyədən texniki yardım istəyib, lakin Ankara Türk ordusunun 31 avqust tarixinə qədər tamamilə geri çəkilməsində israrlıdır.

Reyting.az
xəbər verir ki, bu barədə “Reuters”ə Türk rəsmiləri bildiriblər.

Bir səlahiyyətlinin dediyinə görə, “Taliban”ın şərti tələbi, Ankaranı təhlükəli işi qəbul edib-etməyəcəyi ilə bağlı çətin bir sual qarşısında qoyub.

Türkiyə NATO-nun Əfqanıstandakı missiyasının bir hissəsi idi və hələ də Kabil hava limanında yüzlərlə əsgəri var.

Rəsmilər ən qısa müddətdə ayrılmağa hazır olduqlarını söyləyirlər.

Prezident Rəcəb Tayyib Ərdoğan hökuməti, istədiyi təqdirdə hava limanında varlığını qoruya biləcəyini aylardır söyləyir. “Taliban” ölkəyə nəzarəti ələ keçirdikdən sonra Türkiyə texniki və hava limanında təhlükəsizlik yardımı təklif edib.

"Taliban” Kabil hava limanının idarə edilməsində texniki yardım istədi",- deyən yüksək vəzifəli bir Türk rəsmisi, bununla yanaşı, “Taliban”ın bütün Türk qoşunlarının çıxarılması tələbinin hər hansı bir təklif olunan missiyanı çətinləşdirəcəyini söyləyib.

Adının açıqlanmasını istəməyən rəsmi deyib:

"Türk ordusu olmadan işçilərin təhlükəsizliyini təmin etmək riskli bir işdir".

Onun sözlərinə görə, “Taliban”la bu mövzuda danışıqlar davam edir, əsgərlərin çıxarılması üçün hazırlıq işləri başa çatıb.

Qoşunlarının geri çəkiləcəyi təqdirdə Türkiyənin texniki yardım göstərilməsinə razılıq verib-verməyəcəyi bəlli deyil.

Başqa bir türk rəsmisi, son qərarın xarici qoşunların ölkəni tərk etdiyi 31 avqustdan əvvəl veriləcəyini söyləyib.

Azərbaycan sülhməramlıları da eyni vaxtda Əfqanıstandan çıxır.

“Taliban” sözçüsü Zəbihullah Mücahid dünən bildirib ki, “Taliban” Ankara ilə yaxşı münasibətlər qurmağa çalışır: “Biz Türkiyə, Türkiyə hökuməti və Türk xalqı ilə yaxşı münasibətlər istəyirik. Əfqanıstanda yerləşən Türk qüvvələrinə gəlincə, onların ölkəmizdə olmasına ehtiyacımız yoxdur və təxliyə başa çatan kimi hava limanının təhlükəsizliyini özümüz təmin edəcəyik".

Türkiyə NATO missiyası çərçivəsində Kabil hava limanının təhlükəsizliyində məsul idi və son iki həftə ərzində təxliyə işlərinə qatılıb.

Birləşmiş Ştatlar Kabil hava limanının gələcək istismarı ilə əlaqədar olaraq, regional tərəfdaşlarla və “Taliban”la əlaqələndirdiyini söyləyir.

Dövlət Departamentinin sözçüsü Ned Prays "İşləyən bir dövlətin, işləyən bir iqtisadiyyatın, dünyanın qalan hissəsi ilə bir qədər əlaqəsi olan bir hökumətin işləyən bir ticarət hava limanına ehtiyacı olduğunu",- söyləyib. "Bu barədə “Taliban”la danışıqlar aparırıq. Bizə işlək bir ticarət hava limanına sahib olmaq istədiklərini heç bir şəkildə ifadə etmədilər".

Reyting.az




Bölməyə aid digər xəbərlər