14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Deputat: “Əsgərimizə hücum edən erməni hərbçilərini dərhal cəhənnəmə vasil etmək lazımdır”
Tarix: 26-08-2021 12:29 | Bölmə: Slayd
Deputat: “Əsgərimizə hücum edən erməni hərbçilərini dərhal cəhənnəmə vasil etmək lazımdır”

“Ermənilər bizə xeyli köməklik göstərir. Əgər bizim bir əsgərimizi qəfil yaxalayaraq döyüblərsə, onların iki əsgərini cəhənnəmə vasil etmək lazımdır. Başqa cür ola bilməz. Hansı əsaslar verirlərsə, bu əsaslara söykənərək onları cəzalandırmağımız vacibdir”.

Bu sözləri Reyting.az-a Milli Məclisin deputatı Fazil Mustafa dünən Zəngəzur istiqamətində iki erməni əsgərinin ərazidə xidmət aparan Azərbaycan sərhədçisinə hücum edərək onu yaralamalarından danışarkən deyib.

F. Mustafa hesab edir ki, burada hər hansı narahatlıq üçün əsas olmamalıdır. Onun sözlərinə görə, orada müəyyən məsələlər həll edilir: “Biz orada insanların məskunlaşması prosesini həyata keçiririk. Bunun baş verməməsi üçün ermənilər hər cür təxribata əl atır. Əslində onlar məskunlaşmadan narahat olduqları üçün belə təxribatlar törədirlər. Nəzərə alın ki, belə təxribatar həm də bizi dinamik şəkildə ayaqda saxlayır”.

Deputat əlavə edib ki, bu hadisədən sonra Azərbaycan əsgərləri hadisəyə dərhal reaksiya verərək ərazidən keçən yolu bağlayıb: “Üstəlik, bizim Müdafiə Nazirliyimiz oradan keçən hərbi paltarda olan hər bir şəxsə atəş açmaq əmri verməlidir. Ermənilər bilməlidir ki, ən kiçik təxribatın belə şərtlərdən asılı olmayaraq, iki və ya üç qat cavabları veriləcək. Ona görə də bu məsələ əslində bizim tərəfimizdən narahatlıqla qarşılanmamalıdır. Əksinə, buna daha ciddi formada reaksiya verməliyik ki, problemlərin qarşısında özümüzü pis vəziyyətdə hiss etməyək”.

F. Mustafa diqqətə çatdırıb ki, Azərbaycan əsgərinin durduğu Azərbaycan ərazisinə heç kim burnunu soxmamalıdır.

Reyting.az




Bölməyə aid digər xəbərlər