14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Politoloq: “Krım Platforması Rusiyanın parçalanmasını tezləşdirəcək”
Tarix: 26-08-2021 13:08 | Bölmə: Slayd
Politoloq: “Krım Platforması Rusiyanın parçalanmasını tezləşdirəcək”

“Ukrayna ağıllı və uğurlu gediş edib. Avqustun 24-də Ukraynanın müstəqilliyinin 30 illi tamam olurdu. Xarici qonaqların dəvət olunması ərəfəsində Krım Platformasının keçirilməsi düşünülmüş strategiya idi və uğurlu oldu”.

Bunu Reyting.az-a politoloq Cümşüd Nuriyev deyib.

Cümşüd Nuriyev əlavə edib ki, bununla da Krımın qeyri-qanuni işğalı gündəmə gətirilib və beynəlxalq hüquqa əsasən 43 ölkə birgə qərar verib: “Məncə, bu daha ciddi tədbir idi. Əlbəttə, Azərbaycan diplomatlarının orada iştirakı arzuolunan idi. Çünki Rusiya son zamanlar Azərbaycana qarşı da xəyanətkar siyasət yürüdüb”.

Politoloq bildirib ki, Krım Platformasından sonra Moskvanın Krımla bağlı verdiyi bəyanat gülməlidir: “Moskva reaksiyasında qeyd edir ki, Krımı SSRİ Ukraynaya bağışlayıb. Biz də məsələ qoyuruq ki, həm Göyçəni, həm də Zəngəzuru SSRİ Ermənistana bağışlayıb və Azərbaycanın buna heç bir razılığı olmayıb. Bu məntiqlə çıxış etsək, biz də bu məsələləri gündəmə gətirməliyik”.

C. Nuriyevin fikrincə, Krım Platforması Rusiyada daxili gərginliyə səbəb olub: “Rusiyanın onlarla şəhərində mitinqlər keçirildi. Putin elan edir ki, hakimiyyətdən getməyəcək. Rusiya və Putin özünə o qədər arxayın olmasın. Həm də Rusiyada xalq daha çox qanunu sevir. Onların müəyyən həddə qədər səbri çatır. Bundan sonra sadə rusların qarşısını almaq çətin olur. Üstəlik, orada çoxmillətli dövlətdən danışırıq. Təxminən 30 milyondan çox müsəlman var. Türklərin də sayı 25 milyondan az deyil. Bütün bunların fonunda hər 4 nəfərindən biri müsəlmandırsa, bu, Rusiyanı məcbur etməlidir ki, ən azından qonşusunda olan müsəlman ölkələrlə normal münasibət qursun”.

C. Nuriyev ehtimal edir ki, Kiyevdə keçrilən Krım Platforması əslində Rusiyanın parçalanmasını tezləşdirir: “Əslində Rusiyada çoxluq indiki hökuməti istəmir. Ukraynanın yürütdüyü bu siyasət həm ağıllı, həm də strateji cəhətdən düzgün siyasət idi”.

Reyting.az




Bölməyə aid digər xəbərlər