14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Paşinyan: “Azərbaycan əsgərinin bıçaqlanmasını araşdırmağa hazırıq”
Tarix: 27-08-2021 13:37 | Bölmə: Slayd
Paşinyan: “Azərbaycan əsgərinin bıçaqlanmasını araşdırmağa hazırıq”

“Hökumətin parlamentə proqramını təqdim etməyimin əsas mövzusu bölgə və Ermənistan üçün dinc inkişaf dövrünün açılma gündəmi idi. Bundan sonra cənub rayonlarına gedən əsas yol Azərbaycan tərəfindən bağlandı və bu zaman artıq məlum olan vəziyyət yarandı”.

Reyting.az
xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 27-də hökumətin növbəti iclasında bildirib.

Paşinyan iddia edib ki, bu hərəkət 2020-ci ildə əldə olunan razılaşmalara ziddir: “Ümid edirəm ki, vəziyyət ən qısa zamanda həll olunacaq. Azərbaycan bu cür hadisələri təkrarlaya bilər. Bizim səhədçilərimiz diqqətli olmalıdır, amma digər tərəfdən, güclü sinirlərə ehtiyacımız var və strateji xəttimizi, sülh gündəmimizi inkişaf etdirməliyik”.

Paşinyan əlavə edib ki, Sünik yolları ilə bağlı vəziyyət onlar üçün gözlənilməz olmayıb və bu müddət ərzində yeni infrastrukturların formalaşdırılması üzərində işləyirlər: “Ancaq Eyvazlı və Çayzami hissələrində yolun açılması regional sabitliyin çox yaxşı simvolu ola bilər”.

Paşinyan Bakının arqumentini də dilə gətirib. Onun sözlərinə görə, Azərbaycan tərəfi iddia edir ki, mövcud vəziyyət bir gün əvvəl baş vermiş hadisə ilə əlaqədardır. Azərbaycan Sərhəd Xidmətinin bir üzvünün bıçaqla vurulduğunu deyən Paşinyan iddia edib ki, onların ilkin yoxlamalarına görə, Ermənistan tərəfinin bu hadisə ilə heç bir əlaqəsi yoxdur.

Bununla belə Paşinyan əlavə edib ki, onlar Ermənistan, Rusiya və Azərbaycan nümayəndələrinin iştirakı ilə birgə araşdırma aparmağa hazırdır.

Dövlətlərarası və respublika əhəmiyyətli yolların təmiri məsələsinə də toxunan Paşinyan qeyd edib ki, əsaslı təmir proqramı çərçivəsində, xüsusən də Sünik bölgəsində, Tatev-Ağvan yolunun əsaslı təmiri ilin sonunadək başa çatdırılmalıdır.

Paşinyan bildirib ki, Türkiyədən müəyyən müsbət ictimai siqnallar alırlar: “Biz bu siqnalları qiymətləndirəcəyik və müsbət siqnallara müsbət cavab verəcəyik”.




Bölməyə aid digər xəbərlər