14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Deputat: “Azərbaycanın Qafan-Gorus yolunu bağlaması...”
Tarix: 27-08-2021 15:25 | Bölmə: Slayd
Deputat: “Azərbaycanın Qafan-Gorus yolunu bağlaması...”

“Azərbaycan tərəfinin Qafan-Gorus yolunu bağlamasından sonra yaranan durum mürəkkəbdir. Nəzərə almaq lazımdır ki, belə bir addımın atılması həm də Azərbaycan tərəfindən çoxdan toplanan narazılıqların, habelə ermənilərə və rus sülhməramlılara iradlarımızın nəticəsiz qalmasının göstəricisidir. Həmin yoldan İranın neft daşıyan avtomobilləri Laçın dəhlizinə daxil olmaqla Xankəndi şəhərinə gedirdi. Biz bu qanunsuzluğa bir dəfə etiraz etdik, sonra nota verdik. Onlar buna əməl məhəl qoymadılar və nümayiş etdirdik ki, bizim başqa imkanlarımız da var”.

Bu sözləri Reyting.az-a Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov iki gün əvvəl Azərbaycan tərəfinin nəzarətində olan Qafan-Gorus yolunu bağlamasına, dünən gecəyə qədər Azərbaycan və rus sülhməramlılar arasında yolun açılmasına dair aparılan danışıqların nəticəsiz qalmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfinin indi bağladığı yol ilə Ermənistan bir müddət əvvəl öz hərbçilərini Laçın dəhlizi vasitəsilə Qarabağa gətirib. Deputat əlavə edib ki, burada söhbət iki gün əvvəl iki erməni hərbçisinin Sərhəd Xidmətimizin bir əsgərini bıçaqlayaraq qaçmasından gedir: “Düşünüblər ki, bununla da məsələ bitəcək. Amma səhv ediblər. Azərbaycan buna cavab olaraq həmin yolu bağlayıb. İndi nə qədər istəyirlər atlanıb düşsünlər. Burada məsələ iki nəfərin tapılıb cəzalandırılması ilə yekunlaşmayacaq, fərz edirəm ki, ayrı tələblərimiz də masa üzərindədir. Təbii, bu, qısa müddətlidir. Ermənilər indi alternativ yol hazırlayırlar. Çünki anlayırlar ki, Azərbaycan buradan onların istədiyi hər şeyi buraxmayacaq”.

R. Musabəyovun fikrincə, rəsmi Bakının bu addımı Ermənistan üçün kifayət qədər ciddi təzyiqdir və anlayırlar ki, Azərbaycanın onları haqq yoluna gətirmək üçün kifayət qədər imkanları var: “Yolun bağlanması isəimkanlardan birinin nümayişidir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər