14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Azərbaycan İran-Ermənistan dövlətlərarası yolunu açmayıb: ermənilər çətin vəziyyətlə üzləşib
Tarix: 27-08-2021 17:06 | Bölmə: Slayd
Azərbaycan İran-Ermənistan dövlətlərarası yolunu açmayıb: ermənilər çətin vəziyyətlə üzləşib

Azərbaycan Qafan-Gorus yolunu hələ də açmayıb.

Reyting.az
xəbər verir ki, bu, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin açıqlamasından məlum olur.

Ermənistan tərəfinin bildirdiyinə görə, Milli Təhlükəsizlik Xidməti, Rusiya Federal Təhlükəsiz Xidmətinin sərhədçiləri və Azərbaycan tərəfi Gorus-Qafan yolunun Gorus-Vartan və Şurnux-Karmrakar hissəsinin açılaması istiqamətində danışıqları davam etdirirlər.

Qeyd olunur ki, Azərbaycan Dövlət Sərhəd Xidməti sərhədçilərindən birinə hücum edilməsi barədə məlumat Ermənistan tərəfinə çatdırılıb: “Hazırda Ermənistan Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları Azərbaycan tərəfinin verdiyi məlumatları yoxlamaq üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir”.

Qafan şəhərinin bələdiyyə sədri Gevork Parsyan isə bildirib ki, Qafan-Gorus yolunun Azərbaycan tərəfindən bağlanan hissəsinin blokdan çıxarılmasına dair üçtərəfli danışıqlar avqustun 27-də bərpa edilməyib. O, əlavə edib ki, danışıqların gün ərzində yenidən davam etdirilməsi planlaşdırılır.

“Sünik (Zəngəzur) regionunun Qafan-Gorus yolunun bağlanması səbəbindən Vorotan, Şurnux və Bartsrava kəndləri təcrid edilib. Kəndləri birləşdirən yollar var, amma çox pis vəziyyətdədir. Məsələ burasındadır ki, M2 yolu bağlıdır. Bu, nəinki Sünik, həm də bütövlükdə Ermənistan üçün ciddi problemlər yaradır. Çünki İranla əlaqələr kəsildi”,- bələdiyyə sədri deyib.

Məlumat üçün bildirək ki, Bakının bu addımına Qafan-Gorus yolunun bağlanması kimi baxmaq doğru olmazdı. Yolun Qafan-Gorus hissəsindəki Azərbaycan ərazisindən keçən 21 kilometrlik ərazi Azərbaycanın ərazisidir. Ancaq Bakının bu addımları həm də İran-Ermənistan dövlətlərarası yolun (M2) bağlanmasını təmin edib. Görünən odur ki, Bakı bu yolun açılmasına elə də ciddi meyl etmir və yolun bağlanmasına gətirib çıxaran səbəblərin həllini istəyir. Bu səbəb isə avqustun 25-də Azərbayan sərhədçisinə iki erməni hərbçisinin hücum etməsi və onu bıçaqlamasıdır. Ermənistan Dövlət Təhlükəsizlik Xidmətinin son açıqlaması göstərir ki, İrəvan məcbur olub bunu araşdırmaq üçün əməliyyat-axtarış tədbirləri keçirir.

Reyting.az




Bölməyə aid digər xəbərlər