14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Gorus-Qafan avtomobil yolu açılıb
Tarix: 28-08-2021 00:01 | Bölmə: Slayd
Gorus-Qafan avtomobil yolu açılıb

Zəngəzur bölgəsindən keçən Gorus-Qafan avtomobil yolu açılıb.

Ermənistan KİV-ləri bildirir ki, Azərbaycan yolda ziqzaqvari bloklar qurmaq şərtilə yolun açılmasına razılıq verib.

Ermənistan tərəfinin iddiasına görə, azərbaycanlı hərbçilər avqustun 25-i gecə saat 23:00-dan etibarən Gorus-Qafan avtomobil yolunu iki yerdən bağlayıb. Bu, Qafan-Gorus yolunda azərbaycanlı sərhədçiyə edilən hücumdan sonra baş verib.

Ermənistan tərəfi bildirir ki, Gorus-Qafan avtomobil yolu Ermənistan-İran sərhədinə çıxdığından nəinki regional, həm də dövlətlərarası əhəmiyyətə malikdir.

Qeyd olunur ki, dünən Tehran-İrəvan-Tehran marşrutu ilə hərəkət edən sərnişin avtobuslarının reysləri ləğv edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər