14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Xüsusi karantin rejimi ilə bağlı qərara dəyişiklik edilib
Tarix: 28-08-2021 12:56 | Bölmə: Slayd
Xüsusi karantin rejimi ilə bağlı qərara dəyişiklik edilib

Toyların COVİD pasportu olmadan 50 nəfərin iştirakı ilə keçirilməsi qadağan olunub.

Reyting.az
-ın məlumatına görə, bu, Baş nazir Əli Əsədovun “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara etdiyi dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olmalıdır.

Qeyd edək ki, bundan öncə COVİD pasportu olmadan 50 nəfərin iştirakı ilə toyların keçirilməsinə icazə verilirdi.




Bölməyə aid digər xəbərlər