14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Dünyanın təhlükəli şəbəkəsinə qarşı əməliyyat keçirilib
Tarix: 28-08-2021 15:11 | Bölmə: Slayd
Dünyanın təhlükəli şəbəkəsinə qarşı əməliyyat keçirilib

Kabil hava limanında bir neçə partlayış törətməklə 170 nəfərin ölümünə, 150 nəfərin yaralanmasına səbəb olan İŞİD-in Xorasan qrupu barədə mediada məlumatlar azdır.

Reyting.az
son günlər gündəmə gələn dünyanın ən təhlükəli terror təşkilatlarından sayılan İŞİD-in Xorasan qoluna dair son məlumatları oxucuların diqqətinə çatdırır.

İŞİD-in Xorasan qolu 2014-cü ilin sonlarında Şərqi Əfqanıstanda ortaya çıxıb. Qısa müddətdə Şərqi Əfqanıstana yayılmaqla təsirini göstərməyə başlayıb. Əsasən narkotik qaçaqmalçılığından, başqalarının əmlaklarının ələ keçirilib satılması kimi qanunsuz fəaliyyətlə özünün maliyyə problemlərini həll edən Xorasan qolu Pakistanla sərhəddəki kritik bölgələri nəzarətdə saxlamaq üçün “Taliban”a bağlı qüvvələrlə dəfələrlə müharibə aparıb.

İŞİD-in Xorasan qolu həm də “Taliban”ı universal İslam inancından daha çox dar bir etnik və millətçi bazadan legitimlik əldə etməkdə günahlandırır. Bu iki qrup arasında düşmənçilik həm ideoloji fərqliliklərdən, həm də resurslar uğrunda rəqabətdən qaynaqlanır.

İŞİD-in Xorasan qolunun lideri Əbdül Hasip 2017-ci ilin aprelində öldürülüb. Ondan əvvəl Xorasan qoluna liderlik edən Hafiz Sayid isə 2016-cı ilin avqustunda məhv edilib.

Xorasan qolu 2015-ci ilin yanvarında faktiki olaraq “Taliban”a müharibə elan edib. Xorasanın ilk qanlı terror aktı 2015-ci ilin mayında Nargarhar bölgəsində olan “Taliban” döyüşçülərinin öldürülməsi aktı idi. Bundan sonra “Taliban”la əməkdaşlıq etdiyini açıqlayan aşirətlərə qarşı qanlı qətliamlar həyata keçirib. Xorasan qolu bölgədə “Taliban” nümayəndələrinin başını kəsməklə onları edam edib.

Bundan sonra “Taliban” min döyüşçüdən ibarət xüsusi bir qrup yaradaraq onları İŞİD-in Xorasan qolu ilə döyüşmək üçün Nangarhar, Farah, Helmand və Zabul əyalətlərinə göndərib. Bununla da illərlə “Taliban” və Xorasan qolunun mənsublarının öldürüldüyü qanlı döyüşlər başlayıb.

BMT Təhlükəsizlik Şurasına təqdim edilən bir hesabata görə, döyüşçülərinin sayı 500-dən bir neçə min arasında dəyişən Xorasan qolu Əfqanıstan və Pakistanda son illərdə baş verən ən qanlı terror aktlarını törədib.

2019-cu uldə Əfqanıstan ordusu İŞİD-in Xorasan qanadını məğlub etdiyini açıqlayıb, eyni zamanda “yatan hücrələrdən” terror hücumlarının ola biləcəyini bildirib. Məhz bu təşkilat məscidlərdə, xəstəxanalarda və kütləvi yerlərdə mülki insanları qətlə yetirib.

2019-cu ildə paytaxt Kabildə toy əsnasına şiə məzhəbi tərəfdarlarına yönəlik hücumla 91 nəfərin öldürülməsini də Xorasan qolu həyata keçirib.

2020-ci ildə Kabildəki xəstəxananın doğum şöbəsini hədəfə alan hücumla hamilə qadınlar və körpələrin olduğu 25 nəfərin qətlə yetirilməsini də İŞİD-in Xorasan qolu təşkil edib.

İŞİD-in Xorasan qolu 2021-ci illərdə də terrorlar həyata keçirib. Əfqanıstandakı BMT missiyasına görə, bu ilin ilk 4 ayında bu qrup 77 hücum təşkil edib.

Kabildəki hava limanının girişlərinə kamikadze hücumlarını da İŞİD-in Xorasan qolu həyata keçirib. Artıq bu, rəsmən təsdiqini tapıb.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden bu terrorçu qrupun liderlərini vurmaq əmri verib. Bu gün ABŞ-ın Mərkəzi Qüvvələr Komandanlığı (CENTKOM) İŞİD-in Xorasan qolunun liderlərindən birinə qarşı əməliyyat keçirib.

Polkovnik Bill Urban deyib ki, əməliyyat Əfqanıstanın Nangahar vilayətində baş tutub. İlkin məlumata görə, hədəf məhv edilib. Əməliyyat zamanı mülki insanların ziyan çəkmədiyi bildirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər