14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Politoloq: “Sülhməramlı kontingent sanki Qarabağdakı ermənilərin xidmətində olan qurumdur"
Tarix: 28-08-2021 15:34 | Bölmə: Slayd
Politoloq: “Sülhməramlı kontingent sanki Qarabağdakı ermənilərin xidmətində olan qurumdur"

"Azərbaycanlı hərbçinin Rusiya sülhməramlılarının yerləşdirildiyi əraziyə keçməsi cinayət məsuliyyəti yaradır. Hərbçinin əqli problemi olsa da, olmasa da, daxili intizam qaydalarını pozub. Bu, cinayət tərkibli məsuliyyət yaratdığına görə, onun xidmət göstərdiyi hərbi hissənin rəhbərliyi formal da olsa, prokurorluğa müraciət edir. Hesab edirəm ki, burada siyasi motiv yoxdur".

Bunu Reyting.az-a açıqlamasında politoloq Qabil Hüseynli Azərbaycan hərbçisinin Ağdərə istiqamətində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi əraziyə keçməsindən danışarkən deyib.

Politoloq bildirib ki, ağlı başında olan azərbaycanlı hərbçinin Rusiya sülhməramlılarının yerləşdirildiyi əraziyə keçməsinə ehtiyac yox idi: "Rəsmi məlumata əsasən, həmin şəxs psixoloji xəstəliklə əlaqədar Gəncədəki hərbi hospitalda müalicə olunurmuş, daha sonra qaçıb. İstənilən halda, cinayət işinin qaldırılması təbiidir, çünki o, hərbi qulluqçudur, xəstə də olsa, sağlam da olsa, haqqında inzibati tədbirlər mütləq həyata keçirilməlidir. Bu, məsələnin aydınlaşdırılması üçün vacibdir. Ola bilər ki, hərbçi azıb və ya psixi xəstəliyinə görə özünüidarəetməsi çətinləşib. Belə adamlar normal, sağlam olanların ağlına gəlməyəcək hərəkətlər edə bilirlər. Bu məsələdə qeyri-adi nəsə görmürəm və düşünürəm ki, siyasi motiv yoxdur".

Q. Hüseynli hesab edir ki, həmin şəxs hərbi xidmətə çağırılan zaman ya psixi xəstəlikləri nəzərə alınmayıb, ya da ciddi müayinədən keçirilməyib: "Ona görə də belə bir hadisə baş verib. Hərbçinin hərbi xidmət tarixinin nə vaxt başladığını bilmirəm. Əgər müharibə dövrünə təsadüf edirsə, bəlkə də travma alıb. Bu, ətrafında hər hansı top mərmisinin partlaması və ya minalardan birinin yanına düşməsi nəticəsində də baş verə bilər. Artilleriya atəşi nəticəsində yaranan effektin ən sağlam hərbçinin belə beyninə travma yetirməsi mümkündür. Əks halda, sülhməramlı qüvvələr cənnət bağçası yaratmayıb ki, hərbçilərin ora getməyə həvəsli olsun. Sülhməramlılar özləri özlərini idarə edə bilmir, xəstəni necə idarə edəcəklər?!”

Q. Hüseynlinin fikrincə, hərbçi nizamnaməni pozub, hərbi komandanlığın icazəsi olmadan bir yerdən digərinə özbaşına hərəkət edib, bu səbəbdən də ona cinayət işi açılmasına normal yanaşmaq lazımdır: “Bu, onsuz da inzibati məsuliyyət yaradır. Daxili intizam qaydalarını pozduğuna görə onun haqqında cinayət işi başladılıb. Həmin ərazilərdə sülhməramlılar olsa da, hələ ki, orada ermənilər “at oynadır”. Süverenlik bizimdir, amma sülhməramlılar heç də tərəfsiz deyil. Sülhməramlı kontingent sanki Qarabağdakı ermənilərin xidmətində olan qurumdur".

Reyting.az




Bölməyə aid digər xəbərlər