14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Rəşad Mahmudov: “İkinci doz vaksin olunmuşlar, virusa qalib gələcəyinizə inanın”
Tarix: 29-08-2021 11:08 | Bölmə: Slayd
Rəşad Mahmudov: “İkinci doz vaksin olunmuşlar, virusa qalib gələcəyinizə inanın”

“Koronavirus dalğasının növbəti fazasındayıq. Bu dövr ərzində vurdurduğumuz ilk doz və tək doz peyvəndlər bizi təhlükələrdən qorumur”.

Bu sözləri tibb üzrə elmlər doktoru, millət vəkili Rəşad Mahmudov feysbuk səhifəsində yazıb.

R. Mahmudov qeyd edib ki, sayıqlığı əldən verməməliyik, gigiyenik qaydalara, karantin şərtlərinə əməl etməliyik, arxayınlaşmağa əsasımız yoxdur: “Unutmayaq ki, arzuolunan müsbət nəticələr iki dozu tamamlanmış, üzərindən iki həftə keçmiş insanlar üçün keçərlidir”.

R. Mahmudov yazıb ki, Mərkəzi Gömrük Hospitalında aparılan ilkin statistik analizlər və müşahidələrlə aşağıdakılar müəyyən olunub:

- müalicə alan xəstələr arasında vaksin vurdurmuş xəstələr olsa da, həyatını itirənlər arasında iki doz vaksin olunmuş xəstə olmayıb.

- ikinci doz vaksin almış və reanimasiyaya düşmüş xəstə sayı 1 nəfər olub ki, o da sonradan tam sağalıb. Məlum olub ki, xəstə hospitalizasiya olmamışdan əvvəl ev şəraitində dexametazon istifadə edib.

Millət vəkili iki dəfə peyvənd olunmuş və COVID-19-a yoluxmuş şəxslərin həyatı üçün hər hansı təhlükənin olmadığını qeyd edib:

“İkinci doz vaksin olunmuş, COVID-ə yoluxmuş xəstələr, ev şəraitində tövsiyə olunmayan dərmanlar qəbul etməzsinizsə, həyatınıza heç bir təhlükənin olmadığına əmin olun, tam arxayınlıqla virusa qalib gələcəyinizə inanın!”

R. Mahmudov sonda qeyd edib ki, ölkəmizdə tətbiq olunan bütün növ vaksinlər immunitetimizi bu virusla mübarizədə lazımi səviyyəyə qaldıran dünya tərəfindən qəbul edilmiş preparatlardır.

Reyting.az




Bölməyə aid digər xəbərlər