14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin sayı açıqlanıb
Tarix: 30-08-2021 09:47 | Bölmə: Slayd
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin sayı açıqlanıb

Ermənistanın Azərbaycana təcavüzü nəticəsində, Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Reyting.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 01.08.2021-ci il tarixə olan məlumatda bildirilir.

Dövlət Komissiyasının məlumatına görə, itkin düşmüş şəxslərdən 3 171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri isə qocadır.

Məlumata görə, araşdırmalar təsdiq edir ki, Birinci Qarabağ müharibəsində 52 ailənin 2-dən 7-dək üzvü itkin düşüb.

İtkin düşən şəxslərin ümumi sayından 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 qoca əsir-girov götürülüb və ya işğal edilən ərazilərdə qalıblar.

Ermənistan bu şəxslərin saxlanılması faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə hazıra kimi məlumat vermir.




Bölməyə aid digər xəbərlər