14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
“Azərsığorta”nın süründürməçiliyindən bezən Qarabağ qazisi intihar edib - Foto
Tarix: 30-08-2021 16:10 | Bölmə: Slayd
“Azərsığorta”nın süründürməçiliyindən bezən Qarabağ qazisi intihar edib

“Qarabağ qaziləri” İctimai Birliyinin Cəbrayıl rayon şöbəsinin sədr müavini Rövşən Məmmədov intihar edib. Məlumata görə, Rövşən Məmmədov 25 ildir ala bilmədiyi sığorta pulunu almaq üçün “Azərsığorta”ya gedib. İddia olunur ki, “Azərsığorta” Qarabağ qazisinin haqlı tələbini yerinə yetirməyib. Bundan sonra R. Məmmədov əsəbləşib və özünü asıb.

Reyting.az
xəbər verir ki, bu barədə tanınmış jurnalist, Qarabağ qazisi Rey Kərimoğlu bildirib.

Rey Kərimoğlu deyib ki, Rövşən Məmmədov kasıblıqdan intihar edib:

“Qazilər arasında köhnə-təzə qazi, 1-ci, 2-ci müharibə ayrı-seçkiliyini dərhal dayandırmaq lazımdır. Biz özümüz də başa düşürük ki, son döyüşlərin qazilərinə dətək vermək lazımdır. Bunun üçün də “Qarabağ qaziləri” birliyinin nəzdində “Gənc qazilər” filialını yaratmışıq. Məmurlar qazilər arasında ayrı-seçkilik edir, fərq qoyur. Bu doğru yanaşma deyil. Bəzi qazilərə 25 ildir sığorta pulu verilmir. Rövşən Məmmədov çox kasıb bir insan idi. Bir “OKA” maşını var idi, o da istismara yararlı deyildi. O maşına müxtəlif cərimələr gəlirdi. Bir neçə min manat pul yığılmışdı. Bununla bağlı müraciət etdik, cavab verən olmadı”.


R. Məmmədov

R. Kərimoğlu əlavə edib ki, Rövşən kimi qazilərin intihardan başqa yolu qalmır:

“Buradan bütün dövlət qurumlarına müraciət edirəm ki, qazilər arasında fərq qoymasınlar. YAŞAT Fonduna müraciət edəndə cavab verirlər ki, ikinci müharibənin qazilərinin probleminə baxırlar. Bu, düzgün yanaşma deyil. Ehtiyacı olan çoxlu sayda qazilər var. Fərq qoymadan hər birinin problemi ilə maraqlanmaq lazımdır”.

Qeyd edək ki, qazilər arasında əlillik dərəcəsinin yenidən yoxlanılması və bir çoxlarının əllilik dərəcəsinin kəsilməsi də qazilər arasında çox ciddi narazalıq yaradıb.(Yeni Cağ)




Bölməyə aid digər xəbərlər