14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Koronavirusun yeni variantı təhlükəni daha da artırır
Tarix: 01-09-2021 14:17 | Bölmə: Slayd
Koronavirusun yeni variantı təhlükəni daha da artırır

Dünya Səhiyyə Təşkilatı koronavirusun “mu” adlı yeni variantını izləyir.

Reyting.az
-ın məlumatına görə, təşkilat bununla bağlı açıqlamasında bildirib ki, mu variantı hələ tam tədqiq olunmayıb, amma mutasiyalar onun COVİD-19 peyvəndlərinə duruş gətirə biləcəyi riskini yaradır və Dünya Səhiyyə Təşkilatı bundan narahatdır.

Mu variantına yoluxma ilk dəfə bu ilin yanvarında Cənubi Amerikada qeydə alınıb. Hazırda Cənubi Amerika ilə yanaşı Avropanın da bəzi ölkələrində virusun bu növünə yoluxanlar var.

Virusun digər variantları ilə müqayisədə muya yoluxmaların sayı hələ ki, cüzidir.

Virusun adı yunan əlifbasının 12-ci hərfindən götürülüb. Elmi dairələrdə mu variantı B.1.621 kimi təsnif edilib.

2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyası indiyədək 210 ölkə, ərazi və məkanda 4 milyon 535 mindən çox adamın ölümünə səbəb olub.(Novator.az)




Bölməyə aid digər xəbərlər