14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Tofiq Zülfüqarov: “Yeni bəyanatların arxasında köhnə oyunlar, Azərbaycana qarşı ərazi iddiaları durur”
Tarix: 02-09-2021 12:59 | Bölmə: Slayd
Tofiq Zülfüqarov: “Yeni bəyanatların arxasında köhnə oyunlar, Azərbaycana qarşı ərazi iddiaları durur”

“Hamı gözləyirdi ki, Ermənistanın yeni hökuməti və Paşinyan məğlub ölkənin Baş naziri kimi reallığı qəbul edərək öz siyasətində dəyişiklik edəcək. Amma bu baş vermədi. Məsələn, Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə bağlı Paşinyan bəyan etmişdi ki, biz “Artsax” siyasətimizi yeni sülh şəraitində davam etdirəcəyik. Yəni Azərbaycana qarşı ərazi iddialarını davam etdirmək istəyirlər. Sözsüz ki, ərazi iddiaları olan qonşu ilə sərhədlərin tanınması, delimitasiya və demarkasiya məsələsi mümkün deyil”.

Bu fikirləri Reyting.az-a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan hökumətinin Azərbaycanla dövlət sərhədlərini dəqiqləşdirməkdən yayınmasının səbəblərindən danışarkən deyib.

Tofiq Zülfüqarov sual edir: “Əgər Ermənistan ərazi iddialarını davam etdirirsə və bizim sərhədlərimizi tanımırsa, bu halda delimitasiya və demarkasiya prosesi necə gedə bilər? Əslində demarkasya texniki məsələdir. Ümumi siyasi sənəddə - Sülh sazişində qonşunun ərazi bütövlüyünü tanımalısan. Əgər tanımasan, əlaqələri necə qura bilərsən? İstənilən sənədi götürüb baxdıqda görərsiniz ki, öncə dövlətlər bir-birinin ərazi bütövlüyünü və süverenliyini tanıyır. Təəssüflər olsun ki, müharibədən sonra Ermənistan rəhbərliyi yalandan sülh formasında hansısa bəyanatlar verir. Amma yeni bəyanatların da arxasında köhnə oyunlar, əvvəlki ərazi iddiaları və s. məsələlər durur”.

T. Zülfüqarovun fikrincə, indi hamı anlayır ki, Ermənistan bir dövlət kimi iflic vəziyyətdədir. Onun sözlərinə görə, erməni ordusu, iqtisadiyyatı, demoqrafik vəziyyəti bərbad durumdadır. Müharibədən sonra isə bu istiqamətdə vəziyyət daha da pisləşib.

Sabiq nazir əlavə edib ki, hazırki vəziyyətdə Ermənistan rəhbərliyinin köhnə siyasəti davam etdirməsi ağılsız və məntiqsiz mövqedir. Bu mövqe Ermənistana xeyir gətirməyəcək və onu daha da geriyə aparacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər