14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Rusiya Azərbaycanda hərbi baza yaratmaq istəyir - Partiya sədri
Tarix: 02-09-2021 15:29 | Bölmə: Slayd
Rusiya Azərbaycanda hərbi baza yaratmaq istəyir

“Ruslar həm ermənilərə hərbi texnika və silah-sursat ötürür, həm də onları qızışdırır. Bu prosesdə ruslar ermənilərin arxasında gizlənərək öz oyunlarını oynayırlar. Amma ermənilərin bundan sonra müharibə etmək üçün nə gücləri, nə həvəsləri, nə də potensialları var. Üstəlik, ağlı başında olan dövlət və siyasətçi müharibə etməz. Həm də resurs və imkanların yoxdursa, müharibə planı qurmaq dəliliyin əlamətidir”.

Bunu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

S. Cəlaloğlunun fikrincə, indi bölgədə müharibəyə yaxın vəziyyət və ya mənzərə müşahidə oluna bilər, amma bu, yalnız müşahidədir, onun arxasında Rusiyanın oyunları dayanır: “Real olaraq Rusiya Azərbaycanla müharibə etməz, qardaş Türkiyə ilə ümumiyyətlə müharibə etmək haqqında düşünməz. Belə bir müharibə Rusiyanın dağılması demək olardı. Ermənilər isə ümumiyyətlə müharibə haqqında düşünmək istəmirlər. Mən sadə Ermənistan vətəndaşlarını nəzərdə tuturam. Orada revanşistlərin sayı çox azdır. Onlardan da xarici qüvvələr maşa kimi istifadə edərək öz maraqlarını təmin etməyə çalışırlar”.

S. Cəlaloğlu ehtimal edir ki, indi regionda pozitiv rol oynamayan rusların əsas məqsədi Azərbaycan hərbi baza imkanı əldə etməkdir: “Bu mümkün olmayacağı təqdirdə, Azərbaycanda iqtisadi maraqlarını və digər istəklərini təmin etmək istəyirlər”.

ADP sədri bildirib ki, regionda gərgin vəziyyət yaransa da, Azərbaycan xarici siyasətində ciddi münasibətlər quracağı, ittifaqlarla əlaqələrini normal hala gətirəcəyi təqdirdə, hər şey ölkəmizin xeyrinə olacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər