14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
“ABŞ koronavirusu Çinə qarşı hazırlamışdı, amma...” - Partiya sədri
Tarix: 02-09-2021 16:07 | Bölmə: Slayd
“ABŞ koronavirusu Çinə qarşı hazırlamışdı, amma...”

“COVID-19 virusu təbii xəstəlik deyil. Mənim zənnimcə, indi dünyanın əlində girinc qaldığı koronavirusu ABŞ Çinə qarşı istifadə etmək məqsədilə hazırlayıb. Ancaq Çin bunun qarşısını vaxtında almaqla ABŞ strateqlərini və əhalisini pis vəziyyətdə qoyub”.

Bunu Reyting.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə iddia edib.

A. Əlizadə bildirib ki, koronavirusun yayılma trayektoriyasına diqqət etdikdə bunun süni şəkildə yaradıldığı ortya çıxır.

Partiya sədrinin fikrincə, bu virusu Amerika yaradıb və Çinə qarşı istifadə etmək niyyətində olub. Lakin Çin məsələni vaxtında anlayaraq vəziyyətdən tez çıxıb və nəticədə ABŞ-ın özü bəlaya düşüb.

A. Əlizadə deyir ki, dünyada yayılan koronavirusu artıq ABŞ da idarə edə bilmir:

“COVID-19 adlandırılan virus artıq nəzarətdən çıxıb. Bundan ən çox zərər görənlərdən biri də ABŞ-dır. “Başqasına quyu qazma, özü düşərsən”, - məsələ burada tam işləyib. Başqa sözlə, bu qlobal proyekt idi, nəzarətdən çıxdı və məqsədinə çatmadı. Əvəzində dünyaya daha çox zərər vurdu. İndi bütün dünya dövlətləri bundan əziyyət çəkir”.

Siyasətçi qeyd edib ki, indi dünyanın əsas işi COVID-19 virusundan xilas olmaqdır: “Müxtəlif fikirlər, yanaşmalar ortaya atılır. Mən hesab edirəm ki, dünyanın koronavirus problemini aşması daha çox vaksinləşmədən keçir. Yəni hamı vaksin olunmalıdır ki, ümumi immunitet yaransın. Ümid edirəm ki, dünya tezliklə bu bəlanı arxada qoyacaq”.

Reyting.az




Bölməyə aid digər xəbərlər