14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Xankəndi şəhərinə gələn deputatlar hücuma məruz qalıb
Tarix: 02-09-2021 17:53 | Bölmə: Slayd
Xankəndi şəhərinə gələn deputatlar hücuma məruz qalıb

Ermənistan parlamentinin bir neçə deputatı Xankəndi şəhərində hücuma məruz qalıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Qraparak” qəzeti məlumat yayıb.

Məlumata görə, qondarma rejimin 30 illiyi ilə bağlı tədbirlərə qatılmaq üçün Xankəndi şəhərinə gələn deputatlar yerli sakinləri qəzəbləndirib.

Belə ki, müharibədə qohumlarının ölməsinə görə parlament üzvlərini ittiham edən ermənilər iqtidardakı “Vətəndaş Müqaviləsi” partiyasından olan deputatların qaldığı “Armenia” mehmanxanasına hücum ediblər. Onlar deputatların “başını əzəcəklərini” deyiblər.

Əraziyə gələn polis və sülhməramlı qüvvələrin köməyi ilə insidentin qarşısı alınıb.(Modern.az)




Bölməyə aid digər xəbərlər