14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Paşinyan məmurların Qarabağa səfərini qadağan edib
Tarix: 03-09-2021 08:52 | Bölmə: Slayd
Paşinyan məmurların Qarabağa səfərini qadağan edib

Ermənistan rəhbərliyindən heç kəs separatçı “Qarabağın müstəqilliyinin 30 illiyi” münasibətilə Dağlıq Qarabağa səfər etməyib. Reyting.az xəbər verir ki, Baş nazirinin ofisindən bununla bağlı sorğuya qısa cavab veriblər: “Nikol Paşinyan avqustun 31-dən üçgünlük məzuniyyətdədir”.

Yüksək texnologiyalar naziri Vaaqn Xaçatryan isə hökumət iclasından sonra deyib ki, Qarabağa səfər etməmək qərarı siyasidir: “Belə bir siyasi qərar qəbul olunub. Başqa səbəb axtarmayın”. O sözügedən “siyasi qərarın” niyə qəbul olunduğunu izah etməyib.

Qeyd edək ki, Qarabağa Ermənistan vitse-spikeri başda olmaqla Milli Məclisin nümayəndə heyəti gəlib.

Bu da qeyd olunmalıdır ki, parlamentin vitse-spikeri İşxan Saqatelyan müxalif Daşnaksutyun partiyasının üzvüdür. Sözügedən nümayəndə heyətinin qalan üzvləri də müxalifəti - keçmiş prezident Robert Köçəryanın “Hayastan” və keçmiş prezident Serj Sarksiyanın “Şərəfim var” fraksiyalarını təmsil edirlər.

“Şərəfim var” fraksiyasından millət vəkili Tiqran Abraamyanın fikrincə, Ermənistanın yüksək vəzifəli nümayəndələrinin Qarabağa gəlməməsi o deməkdir ki, hakimiyyət Azərbaycanın diqtə etdiyi oyun qaydalarını qəbul edib.

“Əgər biz bu prinsipi rəhbər tutsaq və Azərbaycanın diqtə etdiyi oyun qaydalarını qəbul etsək, onda “Artsax”ın (Qarabağ – red.) itirilməsini sürətləndirər və bu itkini tamlaşdırarıq. Ermənistana daim Azərbaycanın gündəliyi sırınır, yeni güzəştlər, yeni itkilər sırınır. “Artsax”a (Qarabağ – red.) gəlməmək və “Artsax”la bağlı prioritet sualları irəli sürməmək bu hakimiyyətin apardığı siyasətdən xəbər verir və bu, tam gözləniləndir. Bu siyasət Ermənistan tərəfindən gələcəkdə yeni güzəştləri nəzərdə tutur”.(Yeni Sabah)




Bölməyə aid digər xəbərlər