14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Yaqub Məmmədov: “Qarabağ münaqişəsini törədənlər indi də onun həllinə imkan vermək istəmirlər”
Tarix: 03-09-2021 17:08 | Bölmə: Slayd
Yaqub Məmmədov: “Qarabağ münaqişəsini törədənlər indi də onun həllinə imkan vermək istəmirlər”

“Həm Qarabağda, həm də Ermənistan-Azərbaycan sərhədlərində müşahidə olunan erməni təxribatları təsadüfi deyil. Bu münaqişəni zamanında törədən maraqlı qüvvələr yenə öz maraqlarından geri çəkilmirlər. Ermənilərin arxasında pusquda durur, onları stimullaşdıraraq təxribatlarını davam etdirməyə yönəldirlər. Bu, təkcə ermənilərin fəaliyyəti deyil, onları kənardan idarə edənlərin də bu işdə böyk rolu var. Məhz həmin qüvvələr münaqişənin başa çatmasına imkan vermək istəmirlər. Çünki bu, onların maraqlarına uyğun gəlmir. Onların maraqları tələb edir ki, münaqişə davam etsin”.

Bu sözləri Reyting.az-a Milli Məclisin (Ali Sovet) sabiq sədri, professor Yaqub Məmmədov müharibədən sonra Ermənistan-Azərbaycan münasibətlərini dəyərləndirərkən deyib.

Sabiq spiker bildirib ki, Azərbaycan rəhbərliyi, Silahlı Qüvvələr öz sözünü deyir, qarşı tərəfin cavabını verilir. Onun sözlərinə görə, ölkə rəhbərliyi düzgün siyasət aparır: “Çalışırlar ki, qonşularla, maraqlı dövlətlərlə yaxşı münasibətlər olsun. Mənim müşahidə etdiyim odur ki, dünyada ictimai rəy artıq bizim xeyrimizə dəyişmək üzrədir. Bu istiqamətdə əsas fəaliyyətimizi, həm də ordumuzu gücləndirməliyik”.

Y. Məmmədov əlavə edib ki, hazırda ölkəmizə qarşı kiçik təxribatlar törədən ermənilərin Azərbaycanla böyük müharibə aparmaları üçün əvvəl vaxt, sonra yeni silah-sursat lazımdır: “Üstəlik, ordularını yenidən qurmalıdırlar. Çünki 44 günlük müharibə zamanı Azərbaycan Ermənistan ordusunu darmadağın edib. Amma gördüyünüz kimi, yenə dinc oturmurlar, quruculuq işləri aparmağımıza imkan vermirlər”.

Professor inanmır ki, Ermənistan yaxın vaxtlarda Azərbaycanla müharibə aparmaq fikrinə düşsün: “Ermənistanda ordu darmadağın olub. Qısa müddətdə onlar yeni ordu yarada və müasir silah-sursat əldə edə bilməzlər. Ölkə iqtisadiyyatı da buna imkan vermir. Ancaq hər halda təxribatlarını davam etdirirlər. Bizdə bunun qarşısında möhkəm dururuq və duracağıq da”.




Bölməyə aid digər xəbərlər