14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Ermənilər həyəcan təbili çalır: “Xankəndi şəhərində vəziyyət pisləşir”
Tarix: 04-09-2021 17:28 | Bölmə: Slayd
Ermənilər həyəcan təbili çalır: “Xankəndi şəhərində vəziyyət pisləşir”

“Hazırda Xankəndi şəhərinin azı 30 faizi susuz qalıb. Vəziyyət getdikcə pisləşir. Yeganə ümid yağışların yağmasınadır”.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycanın Xankəndi şəhərində qanunsuz fəaliyyət göstərən “Djmuruxkoyux” şirkətinin direktoru Qaqik Poqosyan erməni mediasına deyib.

Onun sözlərinə görə, rəhbəri olduğu şirkətin əməkdaşları qruplara bölünərək avtomobillərlə səhərdən gecə yarısına qədər susuz məntəqələrə su çatdırmağa çalışırlar.

Erməni separatçısı əlavə edib ki, su ehtiyatının tükənməsinə iki fakt səbəb olur - su istifadəçilərinin sayının “artması” və yağıntının olmaması: “Heç nə dəyişməyib, əksinə, vəziyyət getdikcə pisləşir. İndi Xankəndinin 25-30 faizi sudan məhrumdur. Hazırda yağış bizim üçün yeganə ümid olaraq qalır”.



Erməni coğrafiyaşünas alim, İrəvan Dövlət Universitetinin Coğrafiya və geologiya fakültəsinin dekanı Marat Qriqoryan isə əmindir ki, son illərdə “Artsax”da (Oxu: Qarabağ-red.) su problemi olmayıb. M. Qriqoryan əlavə edib ki, Qarabağ ərazilərinin çoxu Azərbaycanın nəzarətinə keçdikdən sonra ciddi problemlər yaranıb: “Böyük əraziləri itirdik. Həm suvarma, həm də içmək üçün istifadə olunan çaylar artıq düşmənin nəzarətindədir. İndi “Artsax” ərazisinə gedən su axınına azərbaycanlılar nəzarət edirlər”.

Qriqoryana görə, su yoxdursa, deməli ciddi iqtisadi problemlər yaranır: “Onlar artıq bu suların əsas mənbələrini, eləcə də digər çayların mənbələrini nəzarətdə saxlayırlar. Bu yaxınlarda öyrəndik ki, azərbaycanlılar İşxanagət körpüsünü söküblər və çayın axarını dəyişmək istəyirlər. Bu işi Ermənistana və ya Xankəndinə gedən bütün çaylarla birlikdə həyata keçirirlər”.

İşğalçılıq niyyətini gizlətməyən erməni alimi bildirib ki, Xankəndində su probleminin yeganə həll yolu “itirilmiş” torpaqları “qaytarmaqdır”, əks halda problemin həlli mümkün olmayacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər