14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Nazirlik: "Vaksin olunmayan təhsil işçiləri məktəblərə buraxılmayacaq"
Tarix: 09-09-2021 11:07 | Bölmə: Slayd
Nazirlik: "Vaksin olunmayan təhsil işçiləri məktəblərə buraxılmayacaq"

Təhsil Nazirliyi koronavirusa qarşı peyvənd olunmayan təhsil işçilərinə xəbərdarlıq edib.

Reyting.az
xəbər verir ki, yeni tədris ilində ənənəvi təhsilə qayıdışın əsas şərtinin təhsil işçilərinin peyvəndlənməsi ilə bağlı olduğu deyilir.

Bildirilir ki, təhsil işçiləri cari ilin yanvar ayından həyata keçirilən peyvəndlənmə prosesinə ilk qoşulanlardandır: "Hazırda təhsil işçilərinin 80 faizdən çoxu COVID-19 əleyhinə vaksinasiyadan keçib. Bununla belə yeni tədris ilinin başlanmasınadək təhsil işçilərinin daha çox sayda vaksinasiya prosesinə qoşulması vacib məsələdir.

Vaksin olunmayan təhsil işçilərinin təhsil müəssisələrinə girişinə icazə verilməyəcək. Bütün təhsil müəssisələrində çalışan işçilər özlərinin və ətrafdakıların sağlamlığı üçün vaksinasiya prosesində aktiv iştirak etməlidirlər. Həmçinin vaksin əleyhinə əks göstəriş arayışı təqdim edən təhsil işçiləri rəsmi qaydada “Əks göstəriş sertifikatı”nı təqdim etməlidirlər. Təhsil Nazirliyi olaraq bütün təhsil işçilərini virusdan qorunmaq üçün peyvənd olunmağa və sanitar-gigiyenik normalara əməl etməyə çağırırıq".




Bölməyə aid digər xəbərlər