14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Məhbuslar arasında koronavirusa kütləvi yoluxma var?
Tarix: 09-09-2021 13:13 | Bölmə: Slayd
Məhbuslar arasında koronavirusa kütləvi yoluxma var?

Penitensiar müəssisələrdə bütün məhbuslar peyvəndləniblər.

Bunu Reyting.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildiriblər.

Qeyd edilir ki, penitensiar müəssisələrə yeni daxil olanlar dozalardan asılı olaraq, əgər azadlıqda olarkən birinci doza vurulubsa, ikinci doza, vurulmayıbsa, hər iki doza tələb olunan qaydada vurulur.

Məhbuslar “Sinovac”la peyvənd olunurlar.

Nazirlik bildirir ki, koronavirusdan xəstələnmələrə tək-tək hallarda rast gəlinir: “Belə hallarda onlar dərhal ixtisaslaşmış müalicə müəssisələrində stasionar müalicəyə cəlb olunur, protokola uyğun müayinə və müalicə ilə əhatə edilirlər".

Onu da qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il həbs cəzası almış Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyev dünən koronavirusdan dünyasını dəyişib. Bundan sonra bəzi sosial şəbəkə istifadəçiləri cəzaçəkmə müəssisələrində koronavirusa kütləvi yoluxmaların olduğunu iddia edib və məhkumların lazımi səviyyə peyvənd olunmadıqlarını yazıblar. Amma Ədliyyə Nazirliyinin cavabından aydın olur ki, sosial şəbəkələrdə yazılanlar həqiqəti əks etdirmir.

Reyting.az




Bölməyə aid digər xəbərlər