14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Oqtay Qasımov: “Ermənistan Azərbaycana qarşı hansısa şərt irəli sürəcəksə...”
Tarix: 09-09-2021 14:19 | Bölmə: Slayd
Oqtay Qasımov: “Ermənistan Azərbaycana qarşı hansısa şərt irəli sürəcəksə...”

“20 ildən artıqdır ki, İran və Ermənistan arasında müzakirə olunan məsələ var. Guya Cənub-Şimal xətti qurmaq istəyirlər. Yəni İrandan Ermənistan ərazisindən keçməklə Gürcüstana çıxmaq və Qara dənizə çıxış əldə etməyə çalışırlar. Eləcədə İrandan Ermənistana gələn yol yenidən qurulmalıdır. Bunlar alternativ yol deyərkən bizim ərazimizdən keçən 21 kilometrlik ərazini nəzərdə tuturlar”.

Bu fikirləri Reyting.az-a siyasi şərhçi Oqtay Qasımov deyib.

O. Qasımov bildirib ki, nə Ermənistanın, nə də İranın yaxın 10 il ərzində bu iş görmək üçün maddi imkanı yoxdur: “Təsəvvür edin, son 20 ildə bu mövzuda iki dövlət arasında müzakirələr gedir və niyyətlər ifadə olunur. Amma konkret bir iş görülməyib”.

Şiyasi şərhçi qeyd edib ki, İran-Ermənistan yolunun Gorus rayonu ərazisindən və Qubadlı rayon sərhədlərindən daha uzaq məsafədə və indiki yola paralel olaraq dağlar arasından çəkilməsi olduqca çətindir: “Həmin yol, səhv etmirəmsə Azvani adlanır və orada hərəkət üçün minimal şərait var. Ermənistanın Yükdaşıma və nəqliyyat agentliyinin rəhbəri də deyib ki, həmin alternativ yol ilə yük daşımaq mümkün deyil. Onun üçün ciddi vəsaitlər lazımdır. Belə bir vəsait isə nə Ermənistanda, nə də İranda yoxdur. Xüsusilə, bu yol Ermənistan ərazisindən keçdiyi üçün daha çox maliyyəni Ermənistan xərcləməlidir. Ermənistanda da bu qədər pul yoxdur”.

O. Qasımov hesab edir ki, indi Ermənistanın Avropa Birliyinə və Qərbə müəyyən reveranslar etməsi ölkəyə maliyyə cəlb etmək məqsədini daşıyır: “Ancaq bütün variantlara baxdıqda aydın olur ki, bu gün Ermənistan üçün ən uyğunu Azərbaycanın imkan verdiyi indiki yoldan - N2 beynəlxalq və dövlətlərarası yoldan istifadə etməkdir. Bunun da şərti ondan ibarətdir ki, Ermənistan dövlət olaraq Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərini şərtsiz tanımalı və sülh müqaviləsi imzalamalıdır. Yox, əgər şərt irəli sürəcəksə, o zaman biz Azərbaycan olaraq həmin müqaviləyə imza atmayacağıq. Yəni Ermənistan tərəfindən Xankəndi məsələsinin qabardılması, hansısa statusun tələb olunması qəbul edilmir. Azərbaycanın şərti biridir: qeyri-şərtsiz tərəflərin bir-birinin ərazi bütövüyünü tanınması və sülh müqaviləsinin imzalanması. Bu, Ermənistana həm də imkan yaradar ki, İran-Ermənistan yolunun Azərbaycandan keçən hissəsindən normal şəkildə istifadə etsin. Əks təqdirdə həmin yolun keçdiyi ərazinin bəlli hissəsi Azərbaycanın süveren ərazisi sayılır və ondan hansı formada istifadə etmək də Azərbaycanın öz işidir”.




Bölməyə aid digər xəbərlər