14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Avtobus, minik avtomobilləri və sərnişinlərin Azərbaycana giriş qaydası təsdiqlənib
Tarix: 10-09-2021 21:17 | Bölmə: Slayd
Avtobus, minik avtomobilləri və sərnişinlərin Azərbaycana giriş qaydası təsdiqlənib

Avtobusların, minik nəqliyyat vasitələrinin və onlarla hərəkət edən şəxslərin Azərbaycan Respublikasının ərazisinə daxil olması qaydası müəyyənləşib.

Reyting.az
xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına, avtobusların, minik nəqliyyat vasitələrinin və onlarla hərəkət edən şəxslərin Azərbaycan Respublikasının ərazisinə daxil olması zamanı sərhəd və gömrük nəzarəti aşağıdakı ardıcıllıqla həyata keçirilir:

- sərhəd mühafizə orqanları avtobusların, minik nəqliyyat vasitələrinin və onlarla hərəkət edən şəxslərin DSBM-in ərazisinə daxil olmasını təmin edirlər;

- avtobusların və minik nəqliyyat vasitələrinin, habelə onlarla hərəkət edən şəxslərin üzərində radioaktiv maddələrin mövcudluğunun yoxlanılması məqsədilə onlar sərhəd mühafizə orqanları tərəfindən portal radiasiya monitorlarından keçirilir;

- avtobuslarla və minik nəqliyyat vasitələri ilə hərəkət edən şəxslər sərhəd mühafizə orqanları tərəfindən sərhədkeçmə nəzarəti kabinələrinə istiqamətləndirilir və onların, habelə nəqliyyat vasitələrinin barəsində məlumatlar bu Qaydaların 2.4-cü bəndində göstərilən hərəkətlər yerinə yetirilməklə İAMAS-a daxil edilir. Avtobusları və minik nəqliyyat vasitələrini tərk edə bilməyən sərnişinlər (xəstə, əlil və s.) nəqliyyat vasitələrindən düşürdülmədən onların biometrik qeydiyyatı aparılmaqla, sənədlərin rəsmiləşdirilməsi sərhəd mühafizə orqanları tərəfindən avtobusların və minik nəqliyyat vasitələrinin daxilində İAMAS-ın səyyar stansiyaları vasitəsilə həyata keçirilir;

- sərhəd nəzarəti başa çatdıqdan sonra avtobuslar və minik nəqliyyat vasitələri ilə hərəkət edən şəxslər barəsində qaydaların bəndlərinin tələblərinə uyğun olaraq gömrük nəzarəti həyata keçirilir.

Avtobuslardan və minik nəqliyyat vasitələrindən istifadə etmək və ya barələrində sərəncam vermək səlahiyyətinə malik olan şəxslər həmin nəqliyyat vasitələrinə dair sənədləri (nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələri, etibarnamələr və s.) gömrük orqanları tərəfindən VAİS-də qeydiyyatının və rəsmiləşdirilməsinin aparılması məqsədilə məlumat lövhələri ilə işarələnmiş yerlərə təqdim edirlər.

DSBM-ə daxil olan avtobusların, minik nəqliyyat vasitələrinin və onlarla hərəkət edən şəxslərin üzərində sərhəd və gömrük nəzarəti başa çatdıqdan sonra onların buraxılışı sərhəd mühafizə orqanları tərəfindən təmin edilir.

***

Nazirlər Kabineti “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nın və “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində işin təşkili və əlaqələndirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.

Baş nazir Əli Əsədovun qərarına əsasən, “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı” və “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində işin təşkili və əlaqələndirilməsi Qaydaları” təsdiq edilib.

Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı

1. Biləsuvar dövlət sərhədindən buraxılış məntəqəsi - Biləsuvar rayonu (Biləsuvar şəhəri), Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında.

2. Astara dövlət sərhədindən buraxılış məntəqəsi - Astara rayonu (Astara şəhəri), Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında.

3. Astara dəmiryol dövlət sərhədindən buraxılış məntəqəsi - Astara rayonu (Astara şəhəri), Azərbaycan Respublikası ilə İran İslam
Respublikası arasında.

4. Samur dövlət sərhədindən buraxılış məntəqəsi - Qusar rayonu (Samur qəsəbəsi), Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında.

5. Şirvanlı dövlət sərhədindən buraxılış məntəqəsi - Qusar rayonu (Şirvanlı kəndi), Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında.

6. Zuxul dövlət sərhədindən buraxılış məntəqəsi - Qusar rayonu (Zuxul kəndi), Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında.

7. Yalama dəmiryol dövlət sərhədindən buraxılış məntəqəsi - Xaçmaz rayonu (Yalama qəsəbəsi), Azərbaycan Respublikası ilə
Rusiya Federasiyası arasında.

8. Xanoba dövlət sərhədindən buraxılış məntəqəsi - Xaçmaz rayonu (Xanoba kəndi), Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında.

9. Mazımqara dövlət sərhədindən buraxılış məntəqəsi - Balakən rayonu (Mazımqara kəndi), Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında.

10. Muğanlı dövlət sərhədindən buraxılış məntəqəsi - Zaqatala rayonu (Muğanlı kəndi), Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında.

11. Böyük Kəsik dəmiryol dövlət sərhədindən buraxılış məntəqəsi - Ağstafa rayonu (Böyük Kəsik qəsəbəsi), Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında.

12. Sadıxlı dövlət sərhədindən buraxılış məntəqəsi - Ağstafa rayonu (Sadıxlı kəndi), Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında.

13. “Qırmızı Körpü” dövlət sərhədindən buraxılış məntəqəsi - Qazax rayonu (İkinci Şıxlı kəndi), Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında.

14. Heydər Əliyev Beynəlxalq Aeroportunda dövlət sərhədindən buraxılış məntəqəsi (Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi).

15. Gəncə Beynəlxalq Aeroportunda dövlət sərhədindən buraxılış məntəqəsi (Gəncə şəhəri).

16. Qəbələ Beynəlxalq Aeroportunda dövlət sərhədindən buraxılış məntəqəsi (Qəbələ rayonu, Hacalı kəndi).

17. Lənkəran Beynəlxalq Aeroportunda dövlət sərhədindən buraxılış məntəqəsi (Lənkəran şəhəri).

18. Hacı Zeynalabdin Tağıyev Aerodromunda dövlət sərhədindən buraxılış məntəqəsi (Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi).

Naxçıvan Muxtar Respublikası üzrə

1. Sədərək dövlət sərhədindən buraxılış məntəqəsi - Sədərək rayonu (Sədərək kəndi), Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında.

2. Culfa dövlət sərhədindən buraxılış məntəqəsi - Culfa rayonu (Culfa şəhəri), Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında.

3. Culfa dəmiryol dövlət sərhədindən buraxılış məntəqəsi - Culfa rayonu (Culfa şəhəri), Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında.

4. Şahtaxtı dövlət sərhədindən buraxılış məntəqəsi - Kəngərli rayonu (Şahtaxtı kəndi), Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında.

5. Naxçıvan Beynəlxalq Aeroportunda dövlət sərhədindən buraxılış məntəqəsi (Naxçıvan şəhəri).

6. Naxçıvan dəmiryol dövlət sərhədindən buraxılış məntəqəsi - (Naxçıvan şəhəri).

Liman məntəqələri üzrə

1. Bakı Beynəlxalq Dəniz Ticarət Limanında dövlət sərhədindən buraxılış məntəqəsi - dəniz yolu (Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi).

2. Azpetrol Terminalında dövlət sərhədindən buraxılış məntəqəsi - dəniz yolu (Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti).

3. Heydər Əliyev adına Dərin Dəniz Özülləri Zavodunda dövlət sərhədindən buraxılış məntəqəsi - dəniz yolu (Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi).

4. Səngəçal Terminalında dövlət sərhədindən buraxılış məntəqəsi - dəniz yolu (Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi).

5. Dübəndi Terminalında dövlət sərhədindən buraxılış məntəqəsi - dəniz yolu (Bakı şəhəri, Xəzər rayonu, Dübəndi kəndi).

6. Hövsan Limanında dövlət sərhədindən buraxılış məntəqəsi - dəniz yolu (Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi).

7. Quru Yük Limanında dövlət sərhədindən buraxılış məntəqəsi - dəniz yolu (Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsi).

8. Zirə Limanında dövlət sərhədindən buraxılış məntəqəsi - dəniz yolu (Bakı şəhəri, Xəzər rayonu, Zirə kəndi).

9. Xaçmaz Limanında dövlət sərhədindən buraxılış məntəqəsi - dəniz yolu (Xaçmaz rayonu, Niyazoba kəndi).

10. Lənkəran Limanında dövlət sərhədindən buraxılış məntəqəsi - dəniz yolu (Lənkəran şəhəri, Sahil küçəsi).




Bölməyə aid digər xəbərlər