14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Türkiyə ordusunun Laçına gəlməsi... - Deputat
Tarix: 11-09-2021 08:23 | Bölmə: Slayd
Türkiyə ordusunun Laçına gəlməsi...

“Hazırda Ermənistanda psixoloji, sosial-iqtisadi gərginlik yaşanır. Erməni tərəfi reallığı tədricən qəbul etməyə məcbur olacaq. Ermənistanın normal bir məcraya düşməsi üçün müəyyən bir vaxt lazımdır.”.

Reyting.az
xəbər verir ki, bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov Teleqraf.com-a müsahibəsində deyib.

Deputat bildirib ki, Ermənistanın Baş naziri Paşinyan və onun komandası başqa çıxış yollarının olmadığını, regionda yaranmış reallıqla hesablaşmalı olduqlarını anlayırlar:

“Ermənistanın mövcudluğu qonşu dövlətlərlə əməkdaşlıqdan asılıdır. Bölgədə dayanıqlı sülh olmasa, Ermənistan daha acınacaqlı duruma düşəcək. Bu bölgədə isə aparıcı dövlətlər Azərbaycan və Türkiyədir. Erməni cəmiyyəti, siyasi elitası, onlara kənardan istiqamət verənlər də bunu dərk eləməlidirlər”.


E. Məmmədov

E. Məmmədovun fikrincə, Ermənistanın Baş nazir dayanıqlı siyasi mövqeyə malik deyil, hərdəmxəyaldır: “Paşinyan bir gün bir məsələ haqqında eyni fikri söyləyir, səhəri gün isə mövqeyini dəyişir. Amma getdikcə verilən bəyanatlar da aydınlaşır. Məlum olur ki, o ehtiyatla, qorxa-qorxa erməni cəmiyyətinə nə isə bir mesaj ötürməyə çalışır”.

Onun sözlərinə görə, bu gün Azərbaycanın Ermənistana qarşı istifadə edə biləcəyi təzyiq vasitələri çoxdur: “Biz müyyən vaxtda bunun çox cüzi hissəsini işə salırıq. Azərbaycan mesaj verir ki, “əlimdə rıçaqlar çoxdur və nəyi, nə zaman edə bilərəm”. Eyni zamanda hazırkı dönəm üçün qardaş Türkiyənin də belə təzyiq vasitələri çoxdur. Ermənilər də bunu yaxşı bilir. Ona görə də, Paşinyan vaxtaşırı kommunikasiyaların bərpasından danışır. Mümkün qədər də özlərinə çıxış yolları axtarırlar”.

Deputat əlavə edib ki, qarşı tərəfin Azərbaycan və Türkiyə ilə əməkdaşlığı üçün bir çox vacib şərtlər var: “Ərazi iddiaları, saxta soyqırımı və digər siyasi məsələlər var ki, Ermənistan bundan birdəfəlik imtina etməlidir. Azərbaycanla sərhədlərin tam dəqiqləşməsi prosesi başa çatmalıdır. Ermənistan ölkəmizin ərazi bütövlüyünü birmənalı tanımalı və heç bir iddia ilə çıxış etməyəcəklərinə dair öhdəlik götürməlidirlər. Bununla yanaşı erməni tərəfi Qarabağı da unutmalıdır. Məhz bu şərtlər daxilində tədricən münasibətləri bərpa etmək mümkün ola bilər. Ermənistanın da sözsüz ki, bu danışıqlarda iştirakına görə təzyiqlərə məruz qalması faktdır. Xaricdə olan erməni lobbi təşkilatları, revanşistlər mümkün qədər Azərbaycanla münasibətlərin bərpasına problemlər yaratmaq niyyətindədir. Ermənistan hakimiyyəti əvvəlcə bu məsələlərdən, buxovlardan qurtulmalıdır. Sözsüz ki, bu, birdən-birə olacaq bir hal da deyil. Zamana ehtiyac var. Son nəticədə isə ermənilər dərk etməlidir ki, onlara müharibə nə dərəcədə lazımdır? Dinc yaşamağın yollarını erməni cəmiyyəti də birdəfəlik qəbul etməlidir”.

Laçın rayonunda - Qaragöl ətrafında Azərbaycan və Türkiyənin hərbi təlimlərinə gəldikdə, E. Məmmədov deyib ki, hər bir dövlət öz ərazisində istənilən tədbiri keçirə bilər: “Bu sırada hərbi təlimlərin keçirilməsi də heç bir sivil və demokratik qaydalara zidd deyil. Eyni zamanda bu, ilk dəfə olan bir məsələ də deyil. Qardaş Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq var. İki dövlət hərbçiləri artıq neçə ildir ki, mütəmadi olaraq hərbi təlimlər icra edir. Laçın, Qaragöl istiqamətində qardaş orduların hərbi təlimləri də məhz müəyyənləşmiş proqrama uyğun reallaşır. Laçın Azərbaycanın suveren ərazisidir. Orada keçirilən hərbi təlimlər heç bir başqa dövlətə yönəlməyib. Amma bu, təxribatçı qüvvələrə də bir mesajdır ki, Azərbaycan ordusu türk ordusu ilə birlikdə Laçındadır. Sözsüz ki, təlimlər də sıradan bir tədbir deyil. Bu, açıq mesajdır ki, türk ordusu istənilən vaxt burada ola bilər. Ermənilərin də təşvişi məhz bununla bağlıdır”.




Bölməyə aid digər xəbərlər