14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Professor: “Qarabağa qanunsuz yük gətirən iranlı sürücülər həbs edilməlidir”
Tarix: 11-09-2021 17:17 | Bölmə: Slayd
Professor: “Qarabağa qanunsuz yük gətirən iranlı sürücülər həbs edilməlidir”

“İranın Ermənistana kömək etməsi dünən və ya bu gün başlamayıb. Qarabağ problemi gündəmə gələndən bu günə qədər İran Ermənistana hər cür dəstək verir. Son 30 ildə Ermənistana nəfəslik verən İrandır. Onlara lazım olan yüklər məhz İran üzərindən gedir, üstəlik, İran vaxtilə Ermənistanın işğalçılıq siyasətinə də dəstək verib, yenə ora yüklər göndərir”.

Bunu Reyting.az-a sabiq təhsil naziri, professor Firudin Cəlilov İrandan Azərbaycanın Xankəndi şəhərindəki separatçı qüvvələrə qanunsuz yolla yüklər göndərilməsini şərh edərkən deyib.

Professor bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ermənistanın və Qarabağdakı separatçı qüvvələrin hərbi baxımdan belini qırıb: “Sanki İranın da burnu əzilib. Amma İran əvvəlki vərdişindən əl çəkmir. İran İrəvana mal gömdərirsə, özü bilər. İki fərqli dövlətdir, buna etirazım yoxdur. Amma Xankəndi Azərbaycan ərazisidir. Azərbaycandan icazə almadan Laçın dəhlizi ilə hərəkət edən İran avtomobilləri Qarabağda nə gəzir?”

Sabiq nazir xatırladıb ki, bu problemi Azərbaycan bir neçə dəfə İranın diqqətinə çatdırıb və nəhayət nota da verib: “Ancaq görünən budur ki, problemi həll etmək olmur. İran istədiyi kimi davranmaq xəttini seçir və bu addımı ilə Ermənistan cəhənnəmə, Xankəndi şəhərinndəki separatçıların yanında olduğunu nümayiş etdirir. Əlbəttə, burada İslam həmrəyliyindən, müsəlmançılıqdan danışmaq biabırçı yanaşma olardır”.

F. Cəlilov hesab edir ki, bu məsələyə daha ciddi şəkildə cavab verilməlidir. O, təklif edir ki, Qarabağ ərazisinə qanunsuz daxil olan İrana məxsus avtomobillərin bir neçəsinin sürücüsü saxlanılmalı və Bakıda məhkəmə qarşısına çıxarılmalıdır: “Mən bunu təklif edirəm. Təsəvvür edin ki, İran və Ərəbistan müharibə edir. Biz İran ərazisindən Ərəbistana yük avtomobili göndərə bilərik? Əlbəttə, yox. Yəni dövlət mənafeyi ön planda olmalıdır. Dövlətlərarası münasibətlərin olması lazımdır və bu anlaşılandır, amma həddini aşanın cavabı verilməlidir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər