14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Rusiyanın anti-Azərbaycan mövqeyi güclənir - Partiya sədri
Tarix: 13-09-2021 10:39 | Bölmə: Slayd
Rusiyanın anti-Azərbaycan mövqeyi güclənir

“Ermənilər və onların havadarları regionumuzda yaranmış reallığı xoşluqla qəbul etməlidirlər. Əks təqdirdə onları daha ağır məğlubiyyətlər gözləyir”.

Bunu Reyting.az-a Təkamül Partiyasının sədri, iqtisadçı alim Teyyub Qənioğlu deyib.

Onun sözlərinə görə, bəzi qüvvələr Azərbaycanın Vətən müharibəsindəki möhtəşəm qələbəsini, Cənubi Qafqazdakı yeni reallıqları hələ də həzm edə bilmirlər.

Partiya sədri əlavə edib ki, “sülhməramlı” adı altında ölkəmizə soxulan, üçtərəfli sazişdə qeyd edilən öhtəliklərin yerinə yetirilməsini təmin etmək əvəzinə ermənipərəst mövqedən çıxış edən, bütün gücü ilə ermənilərin Dağlıq Qarabağda məskunlaşmasına çalışan, “fəaliyyətini” erməni seperatçıları ilə koordinasiya edən Rusiyanın anti-Azərbaycan mövqeyi artıq ifrat həddədir:

“Ruslar işğal etdikləri Azərbaycan ərazisində özlərini çox arxayın hiss edirlər. Onlar Qarabağda əsas söz sahibi olduqlarına inanırlar. Yəqin elə bu səbəbdəndir ki, keçmiş komandan Muradov 5 ildən sonra “sülhməramlıların” Azərbaycanda qalacağı barədə qərar qəbul ediləcəyini inamlı şəkildə dilə gətirir. “Sülhməramlıların” yeni komandanının isə öz vəzifəsinin icrasına başlayan kimi, ilk olaraq xidmət edəcəyi Azərbaycana deyil, Ermənistana səfər etməsi bir daha göstərir ki, Rusiya “sülhməramlıları” öz anti-Azərbaycan fəaliyyətlərini gələcəkdə də erməni seperatçıları ilə koordinasiya edəcəklər”.


T. Qənioğlu

T. Qənioğlu iddia edir ki, regionda öz əvvəlki mövqelərini qaytarmağa cəhd edən ABŞ və Fransa da Azərbaycana münasibətdə Rusiyadan geri qalmırlar: “ABŞ və Fransa bədnam Minsk Qrupunu dirçəltmək üçün əllərindən gələni edirlər. ABŞ-nın mövqeyini ifadə edən, onun Ermənistandakı səfiri, xanım Lynn Tracy jurnalistlərə bildirib ki, “otuz illik münaqişə və gərginlik bir gecədə həll oluna bilməz. Amma bizim üçün (?) mühüm olan (?) fundamental məqamlar var. Biz Dağlıq Qarabağın statusu məsələsinin həll edildiyini hesab etmirik. O, Minsk Qrupunun gündəliyində qalmalıdır”.

Görünür ABŞ üçün “fundamental məqam” regionumuzda qarşıdurmanın davam etməsi, Dağlıq Qarabağın status məsələsinin həll edilməsi yox, daim Minsk Qrupunun gündəliyində qalmasıdır! Göründüyü kimi, ABŞ və Fransanın mövqeyi, “status” məsələsinin qızışdırılması regionumuzda yeni münaqişənin başlanması üçün erməniləri şirnikləndirməyə, beləlikə, itirdikləri mövqeyi qaytarmağa hesablanıb”.

Partiya sədri daha sonra bildirib: “Azərbaycan Xarici İşlər Nazirlyi bir daha ermənilərin, onların havadarlarının nəzərinə çatdırıb ki, Dağlıq Qarabağda gəlmə ermənilərə heç bir status verilməyəcəkdir. Dağlıq Qarabağ Azərbaycandır və bu daim belə olacaqdır”.




Bölməyə aid digər xəbərlər