Prezidentin köməkçisi İranın ölkəmizdəki səfiri ilə görüşüb - Foto
Tarix: 13-09-2021 23:33 | Bölmə: Siyasət
Prezidentin köməkçisi İranın ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran İslam Respublikasının ölkəmizdəki səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Reyting.az
xəbər verir ki, Hikmət Hacıyev görüşlə bağlı “Tvitter” səhifəsində paylaşım edib.

Prezidentin köməkçisi bildirib ki, gündəlikdəki ikitərəfli məsələlər üzrə səmərəli müzakirələr aparıb və gələcək perspektivləri nəzərdən keçiriblər.

Qeyd edək ki, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi də görüşlə bağlı “Tvitter” səhifəsində paylaşım edib: “Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşməkdən məmnunam. İkitərəfli əlaqələrimizin son inkişaflarını və ümumi maraq doğuran məsələləri müzakirə etdik”.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}