Dövlət Komitəsində kadr dəyişikliyi edilib
Tarix: 14-09-2021 09:20 | Bölmə: Cəmiyyət
Dövlət Komitəsində kadr dəyişikliyi edilib

Diasporla İş üzrə Dövlət Komitəsində struktur və kadr dəyişikliyi olub.

Reyting.az
xəbər verir ki, bununla bağlı Dövlət Komitəsinin sədri Fuad Muradov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Diasporla İş üzrə Dövlət Komitəsinin təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Aqil Əsədov tutduğu vəzifədən azad edilib.

Digər əmrlə Dövlət Komitəsinin mətbuat katibi vəzifəsi həmin şöbəyə birləşdirilib.

Vəsilə Vahidqızı Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri təyin edilib. O, bu təyinata qədər Dövlət Komitəsinin mətbuat katibi vəzifəsində çalışıb.




Bölməyə aid digər xəbərlər
24-09-2021, 13:19 Sabah yağış yağacaq

{sape_links}{sape_article}