14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Rusiya “Qərb-2021” hərbi təlimləri ilə qonşularına mesaj verir ki... - Hərbi ekspert
Tarix: 15-09-2021 13:16 | Bölmə: Slayd
Rusiya “Qərb-2021” hərbi təlimləri ilə qonşularına mesaj verir ki...

“Rusiya bir neçə ölkənin iştirak etdiyi “Qərb-2021” hərbi təlimləri ilə özünün qüdrətini nümayiş etdirir. Bu halda ortaya sual çıxır: Rusiya kimə və nəyə görə güc nümayişinə üstünlük verir?

Hesab edirəm ki, indi Rusiyanın hərbi-siyasi baxımından ən gərgin münasibətlərdə olduğu ölkə Ukraynadır. Deməli, güc nümayişi ilk növbədə Ukraynayadır, onu qorxutmaq istəyirlər”.

Bunu Reyting.az-a “Qərb-2021” hərbi təlimlərini şərh edən hərbi ekspert Azad İsazadə deyib.

Onun sözlərinə görə, NATO Ukraynanı müdafiə etdiyi üçün həmin təlimləri həm də özünə qarşı əzələ nümayişi hesab edir.


Azad İsazadə

Azad İsazadənin fikrincə, Ukrayna burada açar rolunu oynayır:

“Məncə, bu, həm də Qazaxıstana bir mesajdır. Baxmayaraq ki, Qazaxıstan simvolik olaraq bu təlimlərdə iştirak edir. Nəzərə almaq lazımdır ki, Qazaxıstan-Rusiya mnasibətlərində də gərginlik var.

Yeri gəlmişkən, bu təlimlərin müəyyən hissəsi səhv etmirəmsə, Belarusun Brest şəhərində keçirilir. Yəni rus ordusu oradadır. Deməli, bunu Belarusa da mesaj saymaq olar”.

Hərbçi mütəxəssis əlavə edib ki, Rusiyanın güc nümayişi eyni zamanda Polşa və Baltikyanı ölkələrədir: O cümlədən də Cənubi Qafqaza: “Ruslar qonşularına mesaj göndərir ki, bizim gücümüz var. Yəni qonşularını qorxutmaq istəyir. Amma bu güclərini göstərə bilsələr...”.

A. İsazadə bildirib ki, bəzən təlim vaxtı gülməli və biabırçı hadisələr baş verir: “Belə olduqda dünya ondan qorxmur və gülməyə başlayır. Rusiyanın liderliyi ilə keçirilən həmin təlimləri sona qədər izləsək gülməli məqamları görərik”.

Rusiyanın bu təlimlərinin əslində bütün dünyaya mesaj olduğunu düşünən A. İsazadə deyib ki, burada ən böyük təhlükə Ukrayna, Polşa və Baltikyanı ölkələrədir: “Ukrayna istisna olmaqla digərləri NATO üzvləridir. Almaniya və Fransaya hələlik təhlükə yoxdur. Amma Rusiya ilə yaxın qonşu olan Qərb ölkələri bu təlimləri təhdid hesab edirlər. Bu da onu göstərir ki, Rusiya ilə Qərb arasında münasibətlər gərgindir. Əslində Rusiya özünü məhəllənin “krutoy” uşağı kimi aparır. Yəni “mənimlə zarafat etməyin, başdan xarabam, vura bilərəm, mənimlə hesablaşın”,- xarakteri də daşıyır”.




Bölməyə aid digər xəbərlər