14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Azərbaycan İrana yenidən nota verməlidir
Tarix: 15-09-2021 16:47 | Bölmə: Slayd
Azərbaycan İrana yenidən nota verməlidir

“Azərbaycan və Türkiyənin Laçında birgə hərbi təlimi və sonra Azərbaycan, Türkiyə və Pakistan hərbi qüvvələrinin təlimləri bəziləri üçün narahatlıq yaradır”.

Reyting.az
xəbər verir ki, bunu siyasi ekspert Elman Vəliyev deyib. E. Vəliyev xatırladıb ki, İran Xankəndiyə Gorus-Qafan magistralı vasitəsilə yüklər daşıyır:

“Azərbaycan tərəfi İrana bu barədə nota vermişdi, amma buna baxmayaraq, İran yükdaşımalarına davam elədi. İranla Ermənistan arasındakı əlaqələr İkinci Qarabağ müharibəsindən sonra xeyli məhdudlaşdı. Azərbaycan tərəfi Gorus-Qafan yolunda başlanğıc olaraq nəzarət postları təşkil edib. Bu marşrut xətti tam nəzarətə götürülsə, Ermənistan 3 tərəfdən blokadada qalacaq. Azərbaycan tərəfi də bunu etməklə çalışır ki, Ermənistan vəziyyəti tez anlaya bilsin və sülhə yaxınlaşsın. Ermənistanın belə bir situasiyada alternativləri məhduddur. Özü də yaxşı başa düşür ki, kompromisə getmək ən əlverişlidir. Amma fikirləşir ki, digər çıxış yolları tapaq, əgər alınmazsa, razılaşmaqdan başqa əlac yoxdur. Həmçinin ehtiyatı da əldən vermək istəmir. Fikirləşir ki, açıq şəkildə Azərbaycanın dediklərini yerinə yetirsəm, yenə xalqla hakimiyyət arasında ixtilaf düşəcək. Amma buna baxmayaraq, üçtərəfli bəyanatın icrası yerinə yetiriləcək. Ermənistan tərəfi anklavları məcbur geri qaytaracaq”.

Onun sözlərinə görə, İranın bu tip təbliğatına qarşı mütləq şəkildə adekvat cavablar veriləcək: “Verilməlidir də! Çünki bu, gələcəkdə İranın özbaşınalıqlarına səbəb ola bilər. Yenə də nota verilməli, sonra İran səfiri Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılmalıdır. İran tərəfi fikirləşməlidir ki, bu məsələdə itirən tərəf özü olacaq. Ermənistan artıq heç kimə lazım deyil. İran Azərbaycanla münasibətləri korladıqca İsrail Azərbaycana daha da yaxınlaşacaq. Zənn edirəm ki, İran bunun fərqindədir. İran tərəfinin bu məsələ ilə bağlı özünü sığortalamaq xarakterli cavab verəcəyinə əminəm”.

Qeyd edək ki, İrandan erməni separatçılarının nəzarətindəki Xankəndi şəhərinə yük daşıyan sürücülərin əksəriyyəti cənublu soydaşlarımızdır. Siyasi şərhçinin fikrincə, İran bunu etməklə iki tərəf arasına nifaq toxumları səpir: “Yəni şimaldakılar baxsınlar ki, cənubdakılar ermənilərə dəstək olurlar. Halbuki biz müharibədə qələbə qazananda Arazboyu yerlərdəki soydaşlarımız necə sevinirdilər”.




Bölməyə aid digər xəbərlər