14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Ermənistanı üçtərəfli blokada gözləyir
Tarix: 16-09-2021 09:31 | Bölmə: Slayd
Ermənistanı üçtərəfli blokada gözləyir

“Azərbaycan Gorus-Qafan yolunu bağlasa, o zaman bizi daha əvvəl olduğu kimi, iki tərəfdən deyil, Ermənistan iqtisadiyyatını iflic edəcək dərəcədə üç tərəfdən bağlayacaqlar”.

Reyting.az
xəbər verir ki, bunu iqtisadçı Karlen Xaçatryan bildirib.

Onun sözlərinə görə, bütün ümidlər hər zaman proqnozlaşdırıla bilən davranış nümayiş etdirməyən Gürcüstandan keçən yola bağlanacaq.

Ekspert İranla sərhədi bağlayaraq Türkiyə ilə sərhədin açılması ideyasını perspektivsiz hesab edir.

“İranla Türkiyə-Azərbaycan tandeminə qarşı çıxmaq baxımından ortaq geosiyasi maraqları güdürük. Fikrimcə, Ermənistanın indiki hakimiyyəti Azərbaycan və Türkiyəni təhlükə hesab etmir. Əksinə, ictimaiyyəti inandırmağa çalışırlar ki, nəinki onlarla sülh yolu ilə yanaşı yaşamaq, həm də iqtisadi əməkdaşlığı dərinləşdirmək lazımdır”.



Karlen Xaçatryan Gorus-Qafan yolundakı mövcud vəziyyətin Ermənistan iqtisadiyyatı üçün ciddi problem yaratdığını, bu səbəbdən yük daşımalarının bahalaşacağını və İrandan idxal olunan malların qiymətlərinin artacağını qeyd edib.

“Burada İranla ticarətin azalması riski ilə üzləşəcəyik. Bilməliyik ki, söhbət təkcə İran mənşəli məhsullardan getmir. Bu gün Asiyadan Ermənistana mal idxal etmək üçün iki dəniz yolu var - Poti və Bəndər Abbas limanı. Yük daşıyıcıları Potidən yol keçməyin bahalaşdığını və idxalçıların Asiyadan mal idxal edərkən İran limanına üstünlük verdiyini söyləyirlər. Əslində, Azərbaycanın hərəkətləri nəticəsində bu istiqamətdə nəqliyyat da bahalaşdığı üçün gürcü istiqamətinə alternativ sual altındadır. Bu da oradan idxal olunan mal qıtlığına və qiymət artımına səbəb ola bilər. Bundan başqa, müxtəlif səbəblərə görə (hava, siyasi və digər səbəblərdən) Gürcüstan istiqaməti ilə yüklərin fasiləsiz daşınmasını təmin etmək bəzən mümkün olmur”, - deyə ekspert yekunlaşdırıb.




Bölməyə aid digər xəbərlər