14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Hikmət Hacıyev İranın ölkəmizdəki səfiri ilə yenidən görüşüb - Foto
Tarix: 16-09-2021 14:14 | Bölmə: Slayd
Hikmət Hacıyev İranın ölkəmizdəki səfiri ilə yenidən görüşüb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə yenidən görüşüb.

Reyting.az
-ın məlumatına görə, İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi görüşlə bağlı “Tvitter” səhifəsində paylaşım edib.

Səfir qeyd edib ki, bu həftə ərzində ikinci dəfə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşmək imkanım olub: “Səmimi müzakirələr zamanı yaxşı münasibətlərimizin cari vəziyyətini və gələcəyini, həmçinin maraq kəsb edən digər məsələləri müzakirə etdik”.

Qeyd edək ki, H. Hacıyev sentyabrın 13-də də İran Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşmüşdü.





Bölməyə aid digər xəbərlər