14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Fransanın rəsmi şəxslərinin Azərbaycan ərazisinə girişi qadağan ediləcək
Tarix: 16-09-2021 14:29 | Bölmə: Slayd
Fransanın rəsmi şəxslərinin Azərbaycan ərazisinə girişi qadağan ediləcək

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti idarəsinin rəisi Leyla Abdullayeva Fransa Milli Assambleyasının üzvü Fransua Pupponinin Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfərinə münasibət bildirib.

L. Abdullayeva deyib ki, Fransa Milli Assambleyasının üzvü Fransua Pupponinin Azərbaycan ərazisinə qanunsuz səfəri ilk dəfə deyil:

“O, qatı anti-Azərbaycan mövqeyi ilə seçilir. Azərbaycan qanunvericiliyini pozduğu üçün deputatın adı ölkəmizə girişi qadağan olunan xarici ölkə vətəndaşlarının siyahısındadır. Fransa Milli Assambeyasının üzvünü bu qanunsuz səfərdə müşayiət edən Fransanın Arnuvil şəhərinin meri, Sarsel şəhərinin nümayəndəsinə qarşı da Azərbaycana giriş qadağası tətbiq ediləcək”.

XİN rəsmisi bildirib ki, Fransa nümayəndələrinin bu məsuliyyətsiz və təxribatçı davranışı qəbuledilməzdir və bölgədə münaqişə sonrası sülh quruculuğu səylərinə xələl gətirir.

Reyting.az




Bölməyə aid digər xəbərlər