14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Politoloq: “İrandakı səfirimiz geri çağırılmalıdır”
Tarix: 16-09-2021 16:02 | Bölmə: Slayd
Politoloq: “İrandakı səfirimiz geri çağırılmalıdır”

“İran növbəti dəfə öz yalanını özü ortaya çıxardı. Həm də bir var sözlə, bir də var sənədlə. Beynəlxalq yükdaşımalar haqda qaydalar var. Bu qaydalara görə, başqa ölkənin ərazisinə daxil olanda gömrük yük bəyannaməsi təqdim edilir. Sənədləri yoxlayanda gömrük məmuru görür ki, yük bəyannaməsində Xankəndi deyil, Stanpanakert və Ermənistan yazılıb. Bu halda Azərbaycan hansı addımı atmalıdır?”.

Bunu Reyting.az-a politoloq Cümşüd Nuriyev ötən gün qanunsuz olaraq Azərbaycan ərazisi Xankəndi şəhərinə yanacaq daşıyan iranlı sürücülərin Azərbaycan postunda saxlanılmasını şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu sənəddə faktiki olaraq Xankəndi şəhəri “Stapanakert” adlandırılır, halbuki bu, qanunvericiliklə mümkünsüzdür: “Digər tərəfdən, Ermənistan özü Xankəndini öz torpağı saymayıb. Ancaq İran beynlərə yeridir ki, bu şəhər Stapanakertdir, özü də Ermənistanındır. İran tərəfinin bu hərəkəti qəbuledilməzdir”.

Azərbaycanın İran-Ermənistan dövlətlərarası yolunun öz ərazisindən keçən hissəsində post qurmasına gəldikdə, politoloq deyib ki, bu məsələyə İran və Ermənistanın narazılıq etməsi əsassızdır: “Ticarət və Taarif üzrə Baş Saziş var. 1995-ci ildən bu Saziş Beynəlxalq Ticarət Təşkilatı adlandırılır. Azərbaycan bu Sazişə qoşulub. Bu Sazişin VII bəndinə görə, hər hansı bir dövlətin ərazisinə başqa dövlətdən yük daxil olursa, mütləq gömrük vergisinə cəlb edilir. Burada Gömrük Komitəsi həm Azərbaycan qanunvericiliyinə, həm də beynəlxalq qanunvericiliyə uyğun olaraq yol vergisi tələb edir. Bu mənada orada gömrük postunun qurulması tam qanunidir. Eyni zamanda bizdə gömrük polisi olmadığından Daxili İşlər Nazirliyi ölkə ərazisinə silah və narkotikin daxil edilməməsi üçün orada post qurub”.

C. Nuriyev əlavə edib ki, bu günə qədər Azərbaycana “qardaş” deyən İran həm müharibənin gedişində, həm də müharibədən əvvəl və bu gün separatçı erməniləri dəstəkləyir, onları ucuz yanacaq və digər məhsullarla təmin edir. Yəni Azərbaycan dövlətinin razılığı olmadan ərazilərimizə təcavüz edirlər. “Xankəndi şəhərinin “Stepanakert” adlandırması azmış kimi, buranı Ermənistan kimi təqdim etməklə daxili işlərimizə qarışır. Üstəlik, Azərbaycanın razılığı olmadan onun ərazilərinə İran vətəndaşları daxil olur. Bununla, faktiki olaraq beynəlxalq hüquq bir neçə istiqamətdə pozulur. Mənə elə gəlir ki, Azərbaycan Xarici İşlər Nazirliyi İrandakı səfiri geri çağırmalıdır. Onlarla nota şəklində danışmağa dəyməz. İranın yarısı Azərbaycandır. İran dövlətini azərbaycan türkləri ayaq üstə saxlayır”,- C. Nuriyev deyib.




Bölməyə aid digər xəbərlər