14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Gorus-Qafan yolu İran maşınları üçün müvəqqəti bağlanıb
Tarix: 16-09-2021 16:14 | Bölmə: Slayd
Gorus-Qafan yolu İran maşınları üçün müvəqqəti bağlanıb

Gorus-Qafan yolu İranın yük maşınları üçün müvəqqəti bağlanıb. Reyting.az “Sputnik Armenia”ya istinadla bildirir ki, belə bir qərarı Ermənistan Milli Təhlükəsizlik Xidməti verib.

Məlumata görə, İranın onlarla yük maşını hazırda Gorusun çıxışında toplaşıb və Qafana buraxılmır.

Yük maşınlarının sürücülərinin Azərbaycan tərəfinə ödəməyə pullarının olmadığı bildirilir. Qafan-Gorus yolunda qalan yük maşınlarının sürücüləri Azərbaycan postundan gömrük rüsumu tələb olunduğuna görə yolu bağlamaqla təhdid ediblər.

İranlı sürücülərdən biri deyib ki, onlar Mehridə Ermənistan gömrüyünə ödəniş ediblər və ikinci dəfə ödəniş etmək istəmirlər.

Qeyd edək ki, ötən gün erməni mətbuatında Gorus-Qafan avtomobil yolunda İrandan gələn iki yük maşınının sürücüsünün Azərbaycan polisləri tərəfindən saxlanılması ilə bağlı məlumatlar yayılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Ehsan Zahidov məsələ ilə bağlı bildirib ki, saxlanılan sürücülər qanunsuz yollarla Azərbaycan ərazisinə daxil olublar. Ermənistandan qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Həmin avtomobillərin sürücüləri barəsində Azərbaycan Respublikasının qanunlarına uyğun müvafiq tədbirlər görüləcək.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan dünən parlamentin iclasında Azərbaycan polisinin iranlı sürücüləri yoxlamasının qanuni olduğunu etiraf edib.




Bölməyə aid digər xəbərlər