14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
ABŞ və İngiltərə Fransanın 90 milyard dollarlıq layihəsini rədd edib
Tarix: 16-09-2021 16:38 | Bölmə: Slayd
ABŞ və İngiltərə Fransanın 90 milyard dollarlıq layihəsini rədd edib

Fransa Avstraliyanın son addımını “arxadan vurulan xəncər” sayır, buna görə ABŞ və İngiltərəni ittiham edir.

Reyting.az
-ın məlumatına görə, Fransanın Xarici işlər naziri Le Drian Avstraliyanın Baş naziri Skott Morrisonun Fransanın “Nacal” şirkətindən almağı planlaşdırdığı 12 ədəd sualtı qayıqla bağlı razılaşmanı pozaraq ABŞ və İngiltərə ilə nüvə enerjili sualtı qayıq almasına dair anlaşma əldə etməsinə sərt reaksiya verib.

Qəzəbləndiyini və Avstraliyanın ittifaqa layiq olmayan bir hərəkət etdiyini bildirən Le Drian deyib: “Həqiqətən də arxadan vurulduq. Avstraliya ilə etibar əlaqəsi qurmuşduq və buna xəyanət olundu”.



Fransanın baş diplomatı Avstraliya ilə müzakirələrin 2014-cü ildən başladığını və 2016-cı ildə razılaşma ilə başa çatdığını xatırladaraq ABŞ və Avstraliyadan mövzuya dair açıqlama gözlədiklərini ifadə edib.

ABŞ prezidenti Co Baydenin liderliyi ilə Vaşinqton administrasiyasını tənqid edən Drian birtərəfli, kobud və anlaşılmaz qərarın sabiq prezident Trampın davranışlarını xatırlatdığını deyib.

Qeyd edək ki, ötən gün ABŞ, İngiltərə və Avstraliya liderləri AUKUS adlı yeni təhlükəsizlik əməkdaşlığı qurduqlarını və bu çərçivədə Vaşinqtonla Londonun Avstraliya ilə nüvə enerjili sualtı qayıq texnolgiyasını paylaşacaqlarını bildirmişdilər.

Anlaşma əldə edən tərəf ölkələrin adlarının qısaldılmış variantı olan AUKUS adlı yeni əməkdaşlıq anlaşması eyni zamanda Avstraliyanın Fransa şirkəti ilə 2016-cı ildə imzaladığı və 12 sualtı qayıq hazırlanmasını nəzərdə tutan 90 milyatd dollarlıq Fransa sualtı qayıq proyektinin sonunu gətirir.

Fransanın Adelaide şəhərində tikilməsi planlaşdırılan layihənin dayandırılmasına reaksiya verən “Naval” şirkəti Avstraliya hökumətinin layihəni gündəmdən çıxarmasından məyus olduğunu bildirib. Fransa şirkətinin buna görə, beynəlxalq məhkəməyə müraciət edib-etməyəcəyi isə hələlik açıq qalıb.





Bölməyə aid digər xəbərlər