14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Deputat: “Bu gün şərtləri biz diktə edirik, təlxək Paşinyan yox”
Tarix: 17-09-2021 17:28 | Bölmə: Slayd
Deputat: “Bu gün şərtləri biz diktə edirik, təlxək Paşinyan yox”

“Ermənistan ölü dövlət, Paşinyan isə ölü dövlətin məğlub lideridir. Paşinyan tez-tez sərsəmləyir. Kimdir Paşinyandan Zəngəzur dəhlizinin açılmasına razı olub-olmadığını soruşan? Cənab Prezidentimiz bir neçə dəfə xəbərdarlıq edib və mesaj yollayıb: Zəngəzr dəhlizi açılacaq! Ermənistan ədalətli davransa, bu dəhliz xoşluqla açılacaq, əks təqdirdə zorla”.

Bu sözləri Reyting.az-a Milli Məclisin deputatı Elman Məmmədov Ermənistanın Baş naziri Nikol Paşinyanın “Naxçıvandan Azərbaycana keçid üçün dəhliz qurulmasına imkan verməyəcəyik”,- bəyanatını şərh edərkən deyib.

Deputat xatırladıb ki, Qafan-Gorus yolunun bağlanması, orada gömrük postunun qurulması Azərbaycanın Ermənistana qarşı təzyiq vasitələrindən biridir: “Azərbaycanın təzyiq vasitələri çoxdur. Ona görə də Zəngəzur dəhlizi mütləq açılacaq. İndi Gorus-Qafan yolunda xırda problem yaratdıq. Biz, bu gün Ermənistanın Qarabağdakı 20-25 min tör-töküntüsü ilə əlaqəsini birdəfəlik kəsər, Laçın dəhlizini, yəni sərhədimizi bağlayarıq. Başqa təzyiq yolları da mövcuddur”.

E. Məmmədov bildirib ki, Azərbaycan Zəngəzur dəhlizinin açılması üçün nə lazımdırsa, onu edəcək: “Şərqi Zəngəzur iqtisadi rayonu yaradılıb, Qərbi Zəngəzur iqtisadi rayonunu da yaradarıq. Biz müharibədə qalib gələn dövlətik. Bu gün şərtləri biz diktə edirik, təlxək Paşinyan yox.

İkincisi, 10 noyabrda üç dövlət tərəfindən imzalanan sənəd var. Eləcədə 2021-ci ilin 11 yanvarında üç dövlət liderinin imzaladığı sənəd mövcuddur. Ən vacibi bu sənədlərdə öhdəliklər götürülüb. Yəni kommunikasiyaların, nəqliyyat dəhlizlərinin açılması yerinə yetirilməlidir. Azərbaycan bunun hamısına nail olacaq. İndi Ermənistan çabalayır, vəziyyətdən çıxmaq üçün kimlərdənsə nəsə umur, amma faydası olmayacaq. Ermənistan SSRİ-nin tərkibində olarkən 70 il dotasiya ilə yaşayıb. Müstəqillik qazandıqdan bu yana ildə bir neçə dəfə torbalarını götürüb ABŞ və Avropadan ianə toplayır, dilənirlər. İndi də həmin durumdadırlar”.

Deputat əlavə edib ki, Azərbaycanın inkişafını istəməyən müəyyən dairələr var və 44 günlük müharibədə qazandığımız qələbəni həzm edə bilmirlər: “Təəssüflər olsun ki, onların bəziləri bizə qonşu ölkələrdir. Onlar fətva verir, erməniləri şirnikləndirir. İranın yeni seçilən prezidenti birinci rəsmi qəbulunu Ermənistan Baş naziri ilə edir. Bilmirsən nə işlər görülür, hansı vədlər verilir. Ermənilər də xam xəyallarla yaşayırlar. Ancaq unutmasınlar ki, dəmir yumruq yerindədir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər