14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Çin üç dövləti nüvə silahı ilə hədələyir
Tarix: 18-09-2021 12:30 | Bölmə: Slayd
Çin üç dövləti nüvə silahı ilə hədələyir

ABŞ və İngiltərənin Avstraliya ilə birlikdə Çinə qarşı nüvə daşıyıcısı olan sualtı qayıq anlaşması dünyada narahatlıqları artırıb.

Reyting.az
xatırladır ki, üç dövlətin bu anlaşmasından sonra Avstraliya ilə 90 milyard dollarlıq sualtı qayıq ticarəti əngəllənən Fransa ABŞ və Avstraliyadakı səfirini geri çağırıb.

Üş ölkənin anlaşmasına daha qorxunc təhdid Çindən gəlib. Çin ona qarşı olan bu anlaşmaya nüvə hücumu təhdidi ilə cavab verib. Çin hökumətinin nəzarətindəki KİV yazıb ki, bu razılaşma Avstraliyanı potensial nüvə hədəfinə gətirib.

“Qlobal Times” iddia edir ki, yeni dənizaltıları ABŞ və İngiltərənin hazırladığı nüvə silahları ilə təchiz edilə biləcəyi üçün Avstraliya digər ölkələrə nüvə təhdidi yaradır.

Analizdə çinli hərbi mütəxəssisin də fikirlərinə yer verilib.

“Bu, Avstraliyanı nüvə hücumuna məruz qalması üçün hədəfə gətirəcək. Çünki Çin və Rusiya kimi nüvə dövlətləri Avstraliyanın ABŞ-ın strateji tələblərinə xidmət edən nüvə sualtı qayıqlarından təhdidlə üzləşəcək”,- Çinin hərbi strateqi bildirib.

Bir çox mütəxəssislər isə ABŞ, Çin və Avstraliyanın bu razılaşmasını “Dünya müharibəsinin ayaq səsləri” kimi qiymətləndirirlər.

İngiltərə, ABŞ və Avstraliya nüvə sualtı qayıqlarında istifadə olunan texnologiyanı bölüşməsini nəzərdə tutan Müdafiə Razılaşması əldə etdiklərini də açıqlayıblar.

Qeyd edək ki, üçtərəfli anlaşma Avstraliyanın ən qısa müddətdə nüvə sualtı qayıq imkanı əldə etməsini nəzərdə tutur. Avstraliya rəsmən 8 nüvə sualtı qayıq hədəfini açıqlayıb.

Ekspertlər Çinin 250-350 nüvə silahı olduğuna inanarkən, Amerikanın nüvə arsenalının 5.800, Rusiyanın isə 6.375 nüvə başlığına sahib olduğu bildirilir.

Amerikalı admiral James Stavridis və jurnalist Elliot Akermanın qələmə aldığı “2034 - Dünya müharibə ssenarisi” adlı kitabda 3-cü Dünya müharibəsinin başlanacağı potensial ərazi kimi Şərqi Çin dənizi göstərilib. Kitabda, belə bir müharibənin başlayacağı təqdirdə hansı silahlardan istifadə ediləcəyi də yazılıb. Müəlliflərin fikrincə, müharibə meydanına yalnız insansız hərbi texnika hakim olacaq.

Stavridis və Akerman ehtimal edirlər ki, ənənəvi müharibədə bir ilk yaşana bilər. Müəlliflər qeyd edirlər ki, belə bir savaşda hər iki tərəf “düşmən sistemlərini” sıradan çıxarmaq üçün haker hücumları həyata keçirəcəklər.

Reyting.az




Bölməyə aid digər xəbərlər