14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Ərdoğan-Bayden görüşü: Putin də Türkiyə prezidenti ilə görüşmək istəyəcək
Tarix: 19-09-2021 17:03 | Bölmə: Slayd
Ərdoğan-Bayden görüşü: Putin də Türkiyə prezidenti ilə görüşmək istəyəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikaya səfər edəcək. Ərdoğan bu səfərə Amerika prezidenti Bayden tərəfindən iyunun 14-də keçirilən NATO sammitində dəvət olunub.

Siyasi ekspert Elman Vəliyev Reyting.az-a deyib ki, NATO sammiti çərçivəsində Türkiyə və ABŞ liderlərinin görüşü müsbət keçib:

"Amerika üçün Türkiyə önəmli bir dövlətdir. İran, Rusiya əleyhinə və bəzi maraqlar üçün Türkiyədən məharətlə istifadə Amerikanın əsas planlarındandır. Amerika qüvvələrini Əfqanıstandan çıxartdıqdan sonra mühüm mövqedə olan Kabildəki hava limanının mühafizəsi Türkiyəyə həvalə elədi. Türkiyə NATO üçün önəmli üzvdür. Ona görə də, ABŞ öz qüvvələrini Əfqanıstandan çıxardıqdan sonra NATO-da müttəffiqi olan Türkiyəni mübarizəyə qoşmağa çalışdı. Yəni fikirləşdi ki, qoşunları çəkirəm, o zaman Rusiya, Çin, Fransa, İngiltərə kimi dövlətlərdənsə mühafizəni Türkiyəyə həvalə edək”.

E. Vəliyevin fikrincə, Ərdoğanın ABŞ səfərində əsasən Əfqanıstan, Suriya, “S-400” raket kompleksləri məsələsi müzakirə predimeti olacaq: “Amerika Türkiyənin “S-400”lər almasını istəmir və bu səbəbdən Türkiyə “F-35” layihəsindən uzaqlaşdırıldı. Ancaq Türkiyə bu riski gözə almadı".

Siyasi şərhçi bildirib ki, Türkiyə hazırda ikili standartlar siyasəti yeridir və ən yaxşı variant budur:

“Türkiyə tərəfi Amerikaya bildirdi ki, “S-400”lər imzalanmış bir layihədir, artıq bundan dönmək çətindir. Həmçinin qarşılıqlı anlaşma olarsa, Amerikdan da “F-35”lər ala bilər.

Fikrimcə, “S-400”lər məsələsi iki dövlət arasındakı ən gərgin mövzudur. Ən optimal variant Türkiyənin hər iki tərəfdən bu texnikaları almasıdır. Türkiyə üçün ən əsası yeni müttəfiqlər qazanmaqdır. Belə bir vəziyyətdə münasibətləri korlamaq, münaqişə etmək lüzumsuzdur”.

E. Vəliyev deyib ki, Türkiyə Suriya konfliktində də Amerikanın dəstəyini qazana bilər: “Əks təqdirdə bölgədəki eskalasiyanı xeyrinə həll etməsi olduqca çətindir. Sadə dillə desək, Türkiyə iki küsülü şəxsin hər biri ilə danışan tərəfdir. Yəni bir küsülü istəmir ki, Türkiyə o biri küsülünün yanında olsun. Türkiyə bundan böyük üstünlüklər əldə edə bilər".

E. Vəliyevin sözlərinə görə, Ərdoğan Baydenlə görüşdükdən sonra Putin də onunla görüşmək niyyətinə düşəcək: "Putin iki lider arasında nələrin müzakirə olunduğunu müşahidə edib, sonra Ərdoğanla görüşüb müzakirələr aparacaq”.

Siyasi şərhçi düşünür ki, görüşlər zamanı Kıbrıs məsələsi də müzakirə oluna bilər. Amma bu məsələdə Türkiyənin geri addım atacağı mümkün görünmür.

E. Vəliyev əlavə edib ki, görüşdə digər bir məsələ iqtisadiyyatla bağlı olacaq:

“Bildiyimiz kimi, Türkiyə son zamanlar iqtisadi problemlər yaşayır və milli valyutası lirə dəyərdən düşür.

Miqrant məsələsi də Türkiyə üçün olduqca problemlidir. Suriya və Əfqanıstan qaçqınlarının çoxu Türkiyəyə sığınıb. İş orasındadır ki, Avropa insan haqlarını dilə gətirir, ancaq bu qaçqınlara qapı açmır. Yükü Türkiyənin üzərinə yıxır. Türkiyənin isə narazılıq yaratmaması üçün maliyyə ayrılacağını deyir. Düşünürəm ki, bu, səfər gündəliyinə daxil edilməlidir. Gələcəkdə bu məsələ başağrısı yarada bilər.

Ərdoğan səfərdə olarkən bu məsələyə mütləq toxunmalıdır və görüşdən bir müddət sonra lirənin dəyərinin artdığının şahidi olmalıyıq.

Bu görüşün faydalı keçəcəyini, Ərdoğanın əlidolu qayıdacağını düşünürəm.

Bu səfərdə ən önəmli nüanslardan biri Nyu-Yorkda açılacaq Türk Evi olacaq. Türk Evinin binası BMT-nin Baş qərargahının qarşısında yerləşəcək. Bu, tarixi hadisə olacaq".

Reyting.az




Bölməyə aid digər xəbərlər