14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
ABŞ ordusu ilə kəşfiyyatı üz-üzə: məxfi məlumatlar mətbuata sızdırılır
Tarix: 20-09-2021 11:33 | Bölmə: Slayd
ABŞ ordusu ilə kəşfiyyatı üz-üzə: məxfi məlumatlar mətbuata sızdırılır

ABŞ ordusu ilə Mərkəzi Kəşfiyyat Xidməti bir-birini ittiham edir.

Reyting.az
-ın xəbərinə görə, dünyanın super gücü olan ABŞ-ın iki mühüm strukturunun bir-birini ittiham etməsi böyük əks-səda doğurub.

Tərəflərin bir-birini ittiham etməsinə səbəb ABŞ ordusunun Kabildə İŞİD liderlərindən birinə qarşı keçirdiyi hava əməliyyatı zamanı 7-si uşaq olmaqla 10 mülki şəxsi öldürməsidir.

Xatırladaq ki, ABŞ ordusunun dron hücumu ilə həyata keçirdiyi bu əməliyyat avqustun 29-da olub.

Bununla bağlı iki gün əvvəl açıqlanan hesabatda hücum zamanı həyatını itirən 10 nəfərin səhvən vurulduğu bildirilib. ABŞ-ın Müdafiə naziri Loyd Austin bu yanlışlığa görə üzr istəyib.



ABŞ-ın Mərkəzi Qüvvələri (CENTKOM) komandanı, general Kennet Mkeniza isə bu hücumu təcili kəşfiyyat məlumatları əsasında həyata keçirdiklərini söyləyib.

Bundan sonra diqqət ABŞ ordusunu kəşfiyyat məlumatı ilə təmin edən Mərkəzi Kəşfiyyat Xidmətinə (MKX) yönəlib.

“CNN İnternational” kanalına danışan MKX-yə yaxın qaynaqlar bildiriblər ki, ağ rəngli “Toyota” markalı avtomobilə raket hücumundan öncə ABŞ ordusuna mülki insanlar mövzusunda fövqəladə xəbərdarlıq edilib.

MKX-nin mülki insanlara hücum anında və avtomobildə körpələrin olmasının “təcili informasiya” kod adı ilə orduya göndərildiyini açıqlayan qaynaqlar ordunun kəşfiyyata reaksiya verib-vermədiyini bilmədiklərini vurğulayıblar.

ABŞ kəşfiyyatından belə məxfi məlumatın “CNN İnternational” kanalına sızdırılması ordu ilə kəşfiyyat arasında gərgin münasibətləri üzə çıxarıb.

Halbuki CENTKOM komandanı Mkenzie hücumdan 48 saat əvvəl həssas kəşfiyyat məlumatı əldə etdiklərini və sözügedən evdə İŞİD nümayəndələrinin olmasını, onların partlayıcı maddələr və raketlərlə Kabil hava limanına hücuma hazırlaşdıqları barədə məlumat aldıqlarını bildirib.

CENTKOM komandanı deyib ki, hücumdan 36 saat əvvəl 60 fərqli yerdən hücum haqqında kəşfiyyat məlumatı alıblar. Onun sözlərinə görə, bu məlumatlarda ən çox təkrarlanan məqam “İŞİD-H” kimi tanınan İŞİD-in Xorasan qolunun terrorçularının ağ rəngli “Toyota Coralla” avtomobilindən istifadə edəcəyi olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər