Paşinyanın Ərdoğanla görüşməsi üçün şərtlər sadalanıb
Tarix: 20-09-2021 16:09 | Bölmə: Slayd
Paşinyanın Ərdoğanla görüşməsi üçün şərtlər sadalanıb

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşməyəcək. Ərdoğan son açıqlamasında mesaj verdi ki, öhdəliklərini yerinə yetir, sonra görüşək. Ərdoğan siyasi lider kimi öz sözünün sahibidir. Yəni mən, Ərdoğan-Paşinyan görüşünü gözləmirəm”.

Bunu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

S. Cəlaloğlunun fikrincə, Ermənistan Azərbaycanın şərtlərini yerinə yetirməyənə qədər Ərdoğan Paşinyanla müzakirə aparmayacaq.

ADP sədri bildirib ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyənə qədər Türkiyə bu ölkə ilə əlaqə yaratmamalıdır:

“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, süverenliyini tanımalı, sərhədlərini qəbul etməli, əsassız ərazi iddiasından əl çəkməlidir. Həmçinin Ermənistan Rusiya və İranın əlində Azərbaycana qarşı alət olmaqdan da imtina etməlidir. Əslində Ermənistan öz üzərinə yeni rol götürməlidir. Söhbət müstəqil dövlət rolundan gedir”.

S. Cəlaloğlu qeyd edib ki, Ermənistan müstəqil dövlət olsa, bu halda Türkiyə ilə əlaqələr qura bilər: “Yox, əgər müstəqil dövlət olmayacaqsa, regionda kiminsə forpostu rolunu oynayacaqsa, bu halda onunla necə əlaqələr qurula bilər? Odur ki, əgər dediyim məqamlardan imtina etməyəcəksə, deməli, İrəvan Ankara ilə münasibətlər qura bilməyəcək.

Amma o da bəllidir ki, Ermənistan Türkiyə ilə əlaqələr qura bilsə, bu gün dostlarının ona verdiyindən on qat artıq dvident əldə edəcək. Hətta bu gün müharibə şəraitinin qalmasına baxmayaraq Türkiyədə qeyri-qanuni 100 min erməni işləyir. Onların uşaqları da orada erməni dilində təhsil ala bilirlər. Türklər geniş qəlblidir, amma hər şeyin də bir çərçivəsi var”.

S. Cəlaloğlunun iddiasına görə, bəlkə də ermənilər düşünürlər ki, Türkiyə ilə birtərəfli əlaqələr yaratmaqla Azərbaycan-Türkiyə münasibətlərini poza bilərlər: “Məncə, onların məqsədi Azərbaycan və Türkiyənin arasını vurmaqdır. Guya Türkiyə birtərəfli qaydada Ermənistanla əlaqəyə girəcək və Azərbaycan da bundan inciyəcək, beləcə, münasibətlərdə soyuqluq yaranacaq. Biz ermənilərin belə hiylələrini görmüşük, onların dünyada necə “mal” olduğunu çoxdan bilirik”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}